“Neftçilər” və “Nobel” prospektlərinin yükü xeyli azalacaq
Tarix: 19.12.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Gələn ilin birinci rübündə Bakının Nobel prospektinə paralel çəkilən dənizkənarı avtomobil yolunun istifadəyə verilməsi nəzərdə tutulub”.
Bunu “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O həmçinin qeyd edib ki, paytaxtın Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 kilometrdən artıq planlaşdırılan yol 8 hərəkət zolağından ibarət olacaq.
Layihəyə əsasən yolun üstündə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidinin tikintisi planlaşdırılır. Artıq piyada keçidlərində tikinti-quraşdırma işləri başa çatdırılıb, indi həmin ərazilərdə abadlıq işləri aparılır. Bundan əlavə, yolda asfalt-beton örtüyünün döşənməsi işinin böyük hissəsi tamamlanıb.
P.Mürsəliyev əlavə edib ki, eni 45 metr olacaq yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün nəzərdə tutulur.
Ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra “Neftçilər” və “Nobel” prospektlərinin yükü xeyli azalacaq. Yaxın gələcəkdə isə həmin yoldan “Ağ şəhər” ərazisinə nəqliyyat bağlantısı yaradılacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info