Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsi hazırdır
Tarix: 19.12.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


“Bütün səviyyələrdə məhsuldar əməkdaşlıq bütövlükdə regionda təhlükəsizliyə təminat verir. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq formatı mövcuddur. Analoji format bu il parlamentlər və müdafiə nazirlikləri səviyyəsində yaradılıb”.
Bu sözləri bu gün Bakıda keçirdiyi mətbuat konfransında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
Diplomat ümidvar olduğunu bildirib ki, bu formatda əməkdaşlıq davam edəcək.
Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə gəldikdə isə T. Şaraşenidze qeyd edib ki, bu çox iş tələb edən bir prosesdir: “İş davam edir. Çətinliklər olsa da, tezliklə irəliləyiş olacaq və məsələ bağlanacaq. Bu məsələ Azərbaycanla Gürcüstan arasında mövcud olan yaxşı münasibətlər çərçivəsində həll olunmalıdır”.
Səfir onu da bildirib ki, 2014-cü il Azərbaycan-Gürcüstan münasibətləri baxımından məhsuldar və əlamətdar olub.
Ölkələrimiz arasında daim siyasi dialoqun davam etdirildiyini deyən diplomat qeyd edib ki, 2014-cü ildə tərəflər arasında 50-dən çox rəsmi səfər gerçəkləşdirilib.
“Son 9 ayda Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 870 mln. dollar təşkil edib. İlin sonunadək müvafiq göstərici 1 mlrd. dolları keçəcək”, - deyə o vurğulayıb.
Səfir həmçinin qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsi sınaq qatarının hərəkəti üçün artıq hazırdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info