İstehsalatda bədbəxt hadisələrin sayı 4 dəfə azalıb
Tarix: 19.12.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisi keçirilib.
Məclisdə təşkilati məsələlərə baxılıb, "Müasir iqtisadi şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda məruzə dinlənilib.
Həmçinin AHİK Məclisinin tərkibinə dəyişiklik edilib, Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK üzvlüyünə qəbul olunub. Bundan əlavə, AHİK İcrayə Komitəsinin və Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilib.
AHİK sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, son illərdə respublikamızda sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlətlə və işə götürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb.
S.Mehbalıyev bildirib ki, AHİK-in IV qurultayında layiqli əməyin konseptual əsasları bəyənilib ki, onun da əsas elementlərindən bəziləri əməyin mühafizəsi qaydalarına riayət olunması ilə bağlıdır.
Onun sözlərinə görə, "Sənaye ili" elan olunan 2014-cü il Azərbaycanın sənayeləşdirilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: "Ölkə Prezidentinin sərəncamına əsasən, sənayenin inkişaf etdirilməsinə dair Dövlət Proqramı hazırlanıb. Proqramda "Azərbaycan-2020: Gələcəyə baxış" uzunmüddətli inkişaf konsepsiyasının istiqamətləri əsas götürülüb".
S.Mehbalıyev bildirib ki, AHİK yarandığı gündən həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalatda xəsarətlərin sayı 4,4 dəfə, ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı isə 4 dəfə azalıb: "Bununla yanaşı, araşdırmalar göstərir ki, respublikada istehsalat zədələnmələrinin, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasının, onların ağır və zərərli iş yerlərindən kənarlaşdırılmasının vəziyyəti o qədər də ürəkaçan deyil. 2006, 2011, 2013-cü illərdə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnmələrinin artmasına yol verilib. 2006-2011-ci illərdə isə ümumilikdə respublika üzrə artım müşahidə olunub".
AHİK sədri qeyd edib ki, son illər istehsalatda xəsarətlərlə bağlı vəziyyətin araşdırılması göstərir ki, qəzalar, bədbəxt hadisələr və zədələnmələr tipik təşkilati səbəblər fonunda baş verir: "İşin düzgün təşkil olunmaması, işəgötürənlərin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına yanaşması belə səbəblərdəndir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, onların təhlükəli və zərərli iş yerlərindən kənarlaşdırılması problemi də kəskin şəkildə qalmaqda davam edir".
AHİK sədri vurğulayıb ki, respublikamızda özəl biznes, xüsusilə də inşaat biznesi ilbəil artmaqdadır: "Dövlət Statistika Komitəsinin araşdırmaları göstərir ki, özəl və kiçik biznes müəssisələrində əmək mühafizəsinə vəsait ayrılmır. Məhz bu sahələrdə daha çox bədbəxt hadisələr və istehsalat qəzaları baş verir".
S.Mehbalıyev əlavə edib ki, bütün göstərilən nöqsanların aradan qaldırılması, bir sıra problemlərin həlli üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Daha sonra məclis müzakirələrlə davam etdirilib. Müzakirələrdən sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev həmkarlar ittifaqları təşkilatlarının ölkəmizin ictimai həyatında, sosial-iqtisadi sistemində, əməyin təşkili prosesində çox mühüm yer tutduğunu qeyd edib.
O bildirib ki, burada həmkarlar təşkilatlarının missiyasını uğurla yerinə yetirməsi üçün bu təşkilatların üzərinə düşən vəzifələrin daha aydın dərk olunması vacib məsələdir: "Bu da əlbəttə ki, yerlərdə bu funksiyanı yerinə yetirən həmkarlar təşkilatları rəhbərlərinin bu məsələni daha aydın dərk etməsindən, mütəmadi olaraq öz biliklərini artırmasından, özlərinin hörmət və nüfuzunun həmin sistemdə qorunması və bütövlükdə bu missiyanın yerinə yetirilməsi üçün qurduqları fəaliyyətdən asılıdır".
Ə.Mehdiyev qeyd edib ki, əməyin təşkili, sağlamlığın qorunması, bu sahədə təhlükəsizliyin təmin olunması bütövlükdə mürəkkəb məsələdir və bu, əlbəttə ki, müəssisənin, təşkilatın rəhbərliyindən, orada çalışan rəhbər vəzifəli şəxslərin fəaliyyətindən çox asılıdır: "Amma bu sahədə həmkarlar təşkilatları funksionerlərinin üzərinə də mühüm vəzifələr düşür".
Digər çıxışçılar da bu sahədə olan problemlərdən və onun həlli yollarından danışıblar.
AHİK sədri Səttar Mehbalıyev jurnalistlərin suallarını da cavablandırıb. O deyib ki, ümumiyyətlə, 2014-cü il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üçün yaddaqalan il olub. Onun sözlərinə görə, 2014-cü ildə həmkarlar ittifaqları haqqında qanunvericilikdə bir sıra dəyişikliklər edilib: "Bu il ərzində qanunvericilik bazasında edilən dəyişikliklər işçilərin, həm də AHİK-in hüquqlarının artmasına xidmət edib".
S.Mehbalıyev il ərzində həmkarlar təşkilatlarının maliyyə imkanlarının artdığını da qeyd edib: "Yəni, Azərbaycan və onun iqtisadiyyatı inkişaf etdikcə, AHİK-in də maliyyə vəziyyəti yaxşılaşır. Çünki AHİK-ə daxil olan vəsaitlər birbaşa Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Bir sözlə, iqtisadiyyatda inkişaf varsa, AHİK-ə daxil olan vəsaitin də həcmi artır".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info