Luis Ayalaya Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru diplomu təqdim edilib
Tarix: 19.12.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Ölkəmizdə səfərdə olan Sosialist İnternasionalının baş katibi Luis Ayalaya dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) fəxri doktoru diplomu təqdim edilib.
Akademiyanın müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə rektor, akademik Urxan Ələkbərov L.Ayalanın həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat verib, onun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki xidmətlərini vurğulayıb.
Sonra beynəlxalq əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində mühüm xidmətlərinə görə baş katib Luis Ayalaya Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilməsi haqqında bu ali təhsil ocağının Elmi Şurasının qərarı elan edilib.
Luis Ayalaya DİA-nın fəxri doktoru diplomu və mantiya təqdim olunub.
Sosialist İnternasionalının baş katibi DİA-da olmasından və Akademiyanın fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib.
Baş katib Sosialist İnternasionalının tarixi, fəaliyyəti, o cümlədən son dövrlərdə beynəlxalq aləmdə baş verən proseslər, qlobal iqtisadi böhranın yaratdığı çətinliklər, həmçinin gender bərabərliyinin təşviqi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
Dünyada baş verən münaqişələrdən və onların ağır nəticələrindən danışan L.Ayala Azərbaycanın da Dağlıq Qarabağ münaqişəsi kimi bir problemlə üzləşdiyini diqqətə çatdırıb. O, münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.
“Əgər bu gün biz dünyanı daha yaxşı, sarsılmaz etmək istəyiriksə, daha çox səy göstərməliyik”, - deyə L.Ayala bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info