Mübariz Qurbanlı Dinşünaslıq komissiyasının əsasnaməsini və üzvlərini təsdiq edib
Tarix: 19.12.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib.
Dövlət komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, DQİDK-nin sədri Mübariz Qurbanlı qurumun fəaliyyətinin vacibliyindən danışaraq bildirib ki, əsasnaməsinə görə komissiya milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görə bilər.
Eyni zamanda, komissiya üzvlərinin komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər.
Komissiyanın iclasında bildirilib ki, qeyd olunan məsələlərlə bağlı layihələrə dövlət komitəsi hərtərəfli dəstək verəcək. Həmçinin komissiya üzvləri dövlət komitəsinin yerli və beynəlxalq səviyyədə təşkil etdiyi bütün konfranslarda fəal iştirak edəcəklər.
Komissiya üzvləri qurumun yaradılmasının və fəaliyyətinin əhəmiyyətindən danışaraq bildiriblər ki, onlar ölkədə dini maarifləndirmə işinin aparılması, milli-mənəvi və dini dəyərlərimizin təbliği prosesinə öz töhfələrini verməyə hazırdırlar.
İclasda komissiyanın əsasnaməsi müzakirə olunub. Təkliflər nəzərə alınmaqla dövlət komitəsinin sədri komissiyanın əsasnaməsini və üzvlərini təsdiq edib. Həmçinin, komissiyanın katibi təyin edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info