Tanınmış memarlar universitetdə
Tarix: 19.12.2014 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Naxçıvanda keçirilmış Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində də olublar. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonaqaları salamlayaraq ali məktəbin strukturu, təşəkkülü və inkişafı, tədrisin səviyyəsi, professor –müəllim heyəti və tələbə kontingenti barədə geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində universitetin 110 hektarlıq ərazisində ucaldılan bir-birindən yaraşıqlı tədris korpusları müasir memarlıq kompleksi təşkil edir. Burada digər ixtisaslar kimi memarlıq ixtisası da dünya standartlarına cavab verəcək səviyyədə, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tədris olunur. Ali məktəbdə mövcud olan sürətli internet resursları, tezliklə istifadəyə veriləcək elektron təhsil şəbəkəsi müxtəlif dünya universitetləri ilə virtual əməkdaşlığa, onlayn simpozium və konfransların təşkilinə, təcrübə mübadiləsinə xidmət edəcək. Universitetdə 2001-ci ildən etibarən memarlıq üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Hazırda təhsilin bokalavr, magistratura və doktorantura pillələri üzrə burada 200-ə yaxın tələbə təhsil alır ki, onların sırasında Türkiyə, Nigeriya respublikalarının da vətəndaşları var. Qonaqlar auditoriyalarda, “Memarlıq və incəsənət tarixi” kabinəsində və sərgi salonunda tədris prosesi, tələbə memarların yeni layihələri ilə tanış olublar. Memarlıq və mühəndislik fakültəsinını dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov buradakı maket və kompozisiyalar barədə məlumat verərərk bildirib ki, tələbələrin əl işləri bir sıra beynəlxalq sərgilərdə uğurla nümayış olunub. Memarlıq ixtisasının tələbələri ilə görüş zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru, professor Nərgiz xanım Abdullayeva Azərbaycanın zəngin memarlıq ənənələrindən, Naxçıvan memarlıq məktəbinin dünyaca məşhur nümunələrə malik olmasından, müasir memarlıq və şəhərsalma sahəsində qazanılan nailiyyətlərindən bəhs edib. Çıxışda universitetlərarası təcrübə mübadiləsi, müştərək layihələrin təşkili ilə bağlı maraqlı təkliflər səsləndirilib. Nərgiz xanım Abdullayeva gənc memarları Azərbaycan Memarlar İttifaqının yeni yaradılan Naxçıvan Bölməsinin fəaliyyətində yaxından iştirak etməyə çağırıb. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycanın Əməkdar memarı , "Şöhrət" ordenli Elbay Qasımzadə memarlığın inkişafına qayğı ilə yanaşmış ümummilli lider Heydər Əliyevin vətəni, sivilizasiyanın beşiyi Naxçıvanda qədim və orta əsrlər dövrünə məxsus nadir tarixi abidələrin olmasından danışıb, Naxçıvanda keçirilən növbəti plenumunun memarlığın inkişafı və memarlar arasında qarşılıqlı əlaqələrin qurulması baxımından faydalı olacağını qeyd edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdülrəhmanov memarlıq ixtisasının tədrisi ilə bağlı əməkdaşlığın əhəmiyyətindən bəhs edib, müasir Azərbaycanın gələcəkdə daha füsünkar və gözəl görünməsinə xidmət etmək üçün tələbələrə zəngin bilik və təcrübəyə yiyələnmək arzulayıb, sərgidəki işləri yüksək qiymətləndirib. Sonda Azərbaycanın tanınmış memarları kafedraya və tələbələrə beş cildlik “Azərbaycan memarlıq tarixi” kitabını, monoqrafiya və dərsliklər hədiyyə ediblər. Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova da müəllifləri olduqları yeni elmi nəşrləri həmkarlarına təqdim ediblər.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info