1564 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib
Tarix: 19.12.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin bölgələrində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidmətləri ilə təmin olunur. Bu istiqamətdə aparılan işlərin davamı kimi, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət tibbi-texniki briqada dekabrın 17-də Ucar və Bərdə, dekabrın 18-də Tərtər, Ağcabədi və Ağdam rayonlarında dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik xidməti göstərib. Bu gün, dekabrın 19-da isə Beyləqan və Füzulu rayonlarında yaşayan belə şəxslər səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunur. Tədbir zamanı Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov qeyd olunan 7 rayon üzrə ümumilikdə 452 nəfər dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib. O, bildirib ki, bununla da həmin şəxslərin onlar üçün zəruri protez-ortopedik məmulatlardan, reabilitasiya vasitələrindən ötrü xərc və zəhmət çəkərək paytaxt Bakıya getmələrinə artıq ehtiyac qalmayıb.
Qeyd edilib ki, 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə və Naxçıvan şəhərlərindəki filiallarının mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqadalar ötən müddətdə 51 rayon üzrə 1564 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.
Cari ilin 11 ayı ərzində bu müəssisələr tərəfindən əlilliyi olan şəxslər müxtəlif növlərdə ümumilikdə 21341 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, o cümlədən 574 əlil arabası ilə təmin ediliblər. Həmçinin onlara məxsus 818 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib. Bununla yanaşı, qeyd olunan dövrdə Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşmə stasionarlarında 655 nəfər əlilliyi olan şəxsə müvafiq müalicəvi və rekonstruktiv reabilitasiya xidmətləri göstərilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info