Şabranda istehlakçı hüquqları barədə bilgiləndirici konfrans keçirilib
Tarix: 19.12.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və istehlakçıların iştirakı ilə maarifləndirmə tədbirlərini davam etdirir.
"Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti belə tədbir dekabrın 19-da Şabranda keçirilib. Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bildirib ki, bu ilin yanvar-noyabr ayları ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 48,7 ton ərzaq malları qanunamüvafiq qaydada satışdan çıxarılaraq məhv edilib. Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, bu il ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilir, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılır. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanması maarifləndirmə işinə müsbət töhfə verir. Belə ki, 2014-cü ilin əvvəlindən ötən dövr ərzində istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində 16 adda 83 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb. Konfransda dövlət xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyətini bir daha vurğulamış, istehlakçıların isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub.
Tədbir iştirakçılarına məlumat verilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər. Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.


İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info