“Həyəcan təbili” devizi altında məktəblilərin respublika baxış-müsabiqəsi
Tarix: 19.12.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Həyəcan təbili” devizi altında məktəblilərin respublika baxış-müsabiqəsinin mükafatlandırma mərasimi və sərgisini həyata keçirib.
Qeyd edək ki, müsabiqə WWF-in Azərbaycan nümayəndəliyinin Avropa Birliyinin dəstəyi ilə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində həyata keçirilib və əsas məqsəd dahi alim, akademik Həsən Əliyevin təbiəti mühafizə ideyalarının məktəblilər arasında təbliği, şagirdlərin ekoloji biliklərin artırılması, ətraf mühin qorunması istiqamətində yaradıcılıq potensialının inkişaf etdirilməsi, ictimaiyyətin diqqətinin ekoloji problemlərin həllinə yönəldilməsi, xüsusi istedada malik məktəblilərin aşkara çıxarılması, təhsil alan gənclərdə ətraf mühitə qayğıkeş münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.
2014-cü ilin noyabr-dekabr aylarında respublikanın orta təhsil müəssisələrinin V-XI sinif şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilən ekoloji plakat müsabiqəsinə 150-dən artıq yaradıcılıq işi təqdim olunub. Məktəblilərin yaradıcılıq əsərləri regionun və ölkənin ekoloji problemlərinə, bioloji müxtəlifliyin və meşələrin qorunmasına, iqlim dəyişmələrinin təsirinin azaldılmasına, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına, yaşıllaşdırma və abadlıq işlərinə həsr olunub. Yekun tədbirdə Təhsil Nazilriyi, Bakı Dövlət Universitetinin, Təhsil Nazirliyi Ekoloji tərbiyə və Təcrübəçilik Mərkəzinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin və National Geography Azərbaycan Nümayəndəliyinin əməkdaşları, o cümlədən görkəmli alimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəblilər və müəllimlər iştirak ediblər.
Respublika mərhələsinin qaliblərinə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi, “National Geography” Azərbaycan və Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Ekoloji maarifləndirmə məqsədilə məktəblilərin seçilmiş ən yaxşı yaradıcılıq işlərindən ibarət kataloq nəşr etdiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info