Almaniya XİN: “Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub”
Tarix: 19.12.2014 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


“Almaniya Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxlayır”. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilib.
Məlumatda qeyd olunub ki, AFR XİN-nin dövlət katibi Stefan Ştaynlayn 12 dekabr tarixində Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Pier Andrie (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), eləcə də ATƏT sədrinin xüsusi nümayəndəsi Andrey Kasprşik ilə görüş keçirib: “Görüşdə Ermənistan və Azərbaycan arasında artıq 20 ildən artıq davam edən münaqişədə artan gərginlik riski fonunda münaqişənin siyasi həlli imkanları, münaqişə tərəfləri arasında etimadın yaradılması və həll prosesində Avropa İttifaqının daha fəal iştirakı məsələləri müzakirə edilib. ATƏT-in Minsk Qrupu 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal olunmuş, beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi uğrunda münaqişənin siyasi yolla həlli prosesinə rəhbərlik edir. Həmsədrlər bununla bağlı münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanla məxfi danışıqlar aparırlar. Son aylarda hər iki ölkənin prezidentlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Eyni zamanda 2014-cü ildə atəşkəs xəttində ölüm hallarının aşkar şəkildə artması, habelə 12 noyabr tarixində erməni hərbi helikopterinin Azərbaycan tərəfindən vurulması qeydə alınıb”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info