“Məktəbli Kuboku” turnirinin qalibi müəyyənləşib
Tarix: 20.12.2014 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğ olunması və yeni istedadların üzə çıxması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası “Məktəbli Kuboku” layihəsinin icrasına başlayıb. Nərimanov rayon Gənclər və İdman İdarəsi ilə əldə olunmuş razılığa əsasən, Veloparkda adıçəkilən rayonun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Yarışda hər birinin tərkibində 2 qız və 2 oğlan olan 21 məktəbin komandası iştirak edib. Federasiya tərəfindən velosiped və digər zəruri avadanlıqla təmin edilən şagirdlər estafet sistemi üzrə yarışıblar. Nəticədə 207 nömrəli orta məktəbin komandası hamıdan yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri “Tərəqqi” texniki-humanitar liseyi, üçüncü yeri isə 47 nömrəli orta məktəbin kollektivi tutub. Qaliblər federasiya tərəfindən pul mükafatı, kubok, medal və diplomla təltif ediliblər. Nərimanov rayonunun məktəbliləri arasında keçirilən bu yarış pilot layihə xarakteri daşıyıb. Yaxın gələcəkdə ümumrespublika “Məktəbli Kuboku”nun təşkili də nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info