Kaspi Təhsil Şirkəti ilə Giresun Universiteti arasında müqavilə imzalanıb
Tarix: 20.12.2014 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Dünən “Kaspi Liseyi”ndə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva və Türkiyədən Giresun Universitetinin rektoru Aygün Attar arasında görüş keçirilib. Görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq və gələcək inkişaf prioritetləri müzakirə olunub.
Aygün Attar Kaspi Təhsil Şirkətinin Türkiyədə doğurduğu əks-sədadan bir azərbaycanlı olaraq qürur duyduğunu vurğulayıb, bu əməkdaşlığa çox böyük ümid bəslədiyini qeyd edib: “Getdiyim bütün Avropa dövlətlərində qarşıma Azərbaycan dövlətinin dəstəyi ilə təhsil üçün xaricə göndərilən gənc potensiallar çıxır. Azərbaycanda getdikləri ölkənin dilinə, mədəniyyətinə, elminə yiyələndikləri üçün həmin ölkələrin elm insanlarını yaxşı anlamda heyran qoyan bir gənclik formalaşır. Azərbaycan ictimaiyyətinin gözündən yayınan, görə bilmədiyi bir şey var. Azərbaycanın bugünkü idarəçiliyi 20-30 il sonrası üçün ən böyük investisiyasını həmin gənclərin təhsili ilə bağlı edib. Mən elm sahəsində işlədiyimə bunları daha yaxşı görürəm. Dünyadakı bütün iqtisadi investisiyalardan daha qüvvətlisi təhsildir. Məsələn, Amerikanı bu dərəcədə inkişaf etdirən fərqli, ağıllı beyinləri ölkəsinə toplaya bilməsidir. Azərbaycan əslində dünyanın müxtəlif ölkələrinə bilikli gəncləri seçib göndərərək möhtəşəm bir iş görür. Ölkənin gələcəyi üçün ağıllı bir strateji investisiya qoyur. Bunu gördüyüm üçün çox şadam”. Rektor qeyd edib ki, Kaspi Təhsil Şirkəti elm, təhsil sahəsində uğurlu addımlar atıb: “Burada ilk olaraq uşaq bağçasından tutmuş orta məktəbə qədər uşaqlara çox gözəl təhsil verilir. Mən istəyərdim ki, “Kaspi Liseyi” gələcəkdə universitet statusu alsın. Lap əvvəldən sona kimi təhsilin keyfiyyətini əldə saxlamaq çox vacibdir. Kaspi Təhsil Şirkəti ticarət məqsədi ilə xaricə tələbə göndərmir. Burada tələbəyə keyfiyyətli təhsil verərək biliyini yüksəldib sonra xaricə təhsil almağa göndərir. Məndə istərdim ki, Azərbaycana bu sahədə xeyrim dəysin. Ona görə bu gün burada bir protokol imzalayacağıq ki, ağıllı gənclik daha keyfiyyətli təhsil alaraq geriyə - Azərbaycana dönsün. Giresun Universitetinin 30 minə yaxın tələbəsi var. Onların da 350-dən çoxu Azərbaycandan gələn tələbələrimizdir”. Görüşdə çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Azərbaycanda təhsil siyasətinə dövlətin həssas yanaşdığını və bu sahədə xüsusi dövlət proqramları qəbul edildiyini bildirib. S.Vəliyeva qeyd edib ki, 2015-ci il ərəfəsində müxtəlif sahələr üzrə tam püxtələşmiş 500-ə qədər gənc kadr xaricdə təhsil alaraq ölkəyə qayıdır: “Bu layihə həyata keçirilən ilk gündən dövlət dəstəyi görür. Yəni dövlət bu gənclərə maddi dəstək göstərərək, orada oxuyub təhsil almalarının təminatçısı kimi çıxış edir. Biz də Kaspi Təhsil Şirkəti olaraq həmin layihəyə qatıldıq. Dövlət dəstəyi alan bəzi gənclər var ki, onların da 300-dən çoxu məhz Kaspi Təhsil Şirkətinin hazırlayıb göndərdiyi gənclərdir. Biz də qürur duyuruq ki, dövlətin təhsil siyasətində bizim az da olsa əməyimiz var”. Rektor Aygün Attar isə Azərbaycanda bu kimi təhsil verən müəssisələrin fəaliyyətinə böyük ehtiyac duyulduğunu bildirib. Görüşün sonunda Kaspi Təhsil Şirkəti və Giresun Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva və Türkiyə Giresun Universitetinin rektoru Aygün Attar imzalayıblar. Sonra A.Attar "Kaspi Liseyi" ilə tanış olub.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info