“Biz gənclərin ideyalarını və təşəbbüslərini dəstəkləyirik”
Tarix: 20.12.2014 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev APA-ya müsahibəsində 3 yaşı tamam olan fondun fəaliyyətinə toxunub.
Fərhad Hacıyev qeyd edib ki, fond bu günə qədər 6 qrant müsabiqəsi üzrə gənclərdən və gənclər təşkilatları tərəfindən daxil olan layihə müraciətlərindən 1865-ni maliyyələşdirib:
“Müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və təşkilati inkişaf layihələri olmaqla 5 kateqoriya üzrə keçirilir. Müsabiqələrdə qalib olmuş və icra edilmiş layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Qrant müsabiqələri ilə yanaşı, gənclər il boyu fondun səfər qrantı kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara, tədbirlərə qatılmaq imkanı əldə edə bilirlər. Gənclər Fondu, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarında təqdimatlar keçirib, gəncləri fonda müraciət qaydaları barədə maarifləndirib. Gənclər Fondu üç il ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaradıb. Bu müddət ərzində Gənclər Fondunun saytı Azərbaycan və ingilis dillərində hazırlanıb. Ümumilikdə gəncləri daha çox fondun ümumi fəaliyyəti, layihələrin istiqamətləri və maliyyələşdirilməsi maraqlandırır. Eyni zamanda, fonda və onun əməkdaşlarına saytımız və e-mail vasitəsilə müxtəlif suallar verilir. Əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları və layihə istiqamətləri barədə olur. Gənclər Fondu ölkəmizdə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib. İlk qrant müsabiqəsində Gənclər Fonduna 165 layihə daxil olmuşdursa, sonuncu 6-cı qrant müsabiqəsində isə 1249 layihə daxil olub. Baş tutan 6 qrant müsabiqəsində 598 yerli, 70 beynəlxalq və 1197 fərdi layihə qalib olub. Hər yeni müsabiqədə də müraciətlərin sayı artır”. Fərhad Hacıyev qeyd edib ki, fondun unikal xüsusiyyətlərindən biri də gənclərin fərdi olaraq layihələrini dəstəkləməkdir: “Yüzlərcə gənc ideya və təkliflərini reallaşdırmaq üçün fondun dəstəyini qazanıb. Hazırda fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatıb, digər bir hissəsi isə önümüzdəki il davam edəcək. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, fond tərəfindən də bir sıra tədbirlər də həyata keçirilib. Gələn müraciətlər deməyə əsas verir ki, fond gənclərin etimadını qazanıb, gənclər fonddan dəstək ala biləcəklərinə inanırlar”. O, qeyd edib ki, Gənclər Fondu gələcəkdə öz fəaliyyətini daha da geniş şəkildə aparmağı planlaşdırır:
“Geridə qalan 3 il ərzində gənclərlə sıx əməkdaşlıq etdik, onların ideyalarını, təşəbbüslərini reallaşdırmağa köməklik göstərdik. Gələcəkdə də gəncləri və gənclər təşkilatlarını müsabiqələrimizdə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclər Fondu məhz gənclər üçün fəaliyyət göstərir”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info