Səfirlik “Vaşinqton Post“un Azərbaycanla bağlı qeyri-obyektiv yazısını qınadı
Tarix: 22.12.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda baş verən hadisələrin ABŞ-ın "Vaşinqton Post" qəzetində arzuolunmaz şəkildə işıqlandırılması nə ölkənin geniş şəkildə etiraf edilən uğurlarını, nə Azərbaycanla Amerika arasında olan möhkəm tərəfdaşlıq münasibətlərini əks etdirir. Bu barədə Azərbaycanın Amerikadakı səfirliyinin müşaviri Məmməd Talıblının həmin qəzetdə dərc edilmiş məqaləsində deyilir.
Məqalədə bildirilir: "Dekabrın 12-də dərc edilmiş "Xəzərdə distopiya" adlı redaksiya məqaləsindəki iddiaların əksinə olaraq, Azərbaycan xalqı bu gün firavan, sabit, azad və həqiqətən müstəqil dövlət quraraq öz əsrlik arzularını gerçəkləşdirir”.
M.Talıbovun sözlərinə görə, jurnalist Xədicə İsmayılovanın işinə Azərbaycan qanunvericiliyi çərçivəsində baxılır. Birləşmiş Ştatlarda bu yaxınlarda baş verən hadisələrin göstərdiyi kimi, məhkəmə qərarları heç də həmişə hamı tərəfindən qəbul edilmir və bəzi hallarda hətta kütləvi etiraz aksiyalarına təhrik edir.
Məqalədə deyilir ki, istənilən halda Azərbaycanda da, Birləşmiş Ştatlarda da qanuna hörmət olunmalıdır və bütün vətəndaşlar, eləcə də jurnalistlər qanun qarşısında bərabər olmalıdırlar: “Hesab edirəm ki, insan haqlarının və demokratiyanın irəliləməsini əmrlərin deyil, nümunələrin köməyi ilə həyata keçirmək daha yaxşıdır. Bu, xüsusilə Birləşmiş Ştatların öz dostları ilə, o cümlədən Azərbaycanla danışdığı hallara aiddir”.
O, həmçinin qeyd edib ki, Ermənistanın işğalı nəticəsində öz ev-eşiyini məcburi tərk etmiş yüz minlərlə azərbaycanlının humanitar ehtiyacları ilə bağlı narahatlığın ifadə edilməsi tərəflər arasında daha etibarlı ünsiyyətin qurulmasına əhəmiyyətli dərəcədə yardım edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info