“İxtisasartırma Proqramının yeni nəsil diplomatların hazırlanmasında böyük rolu olub”
Tarix: 22.12.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


ADA Universitetinin İxtisasartırma Proqramı 41 gənc diplomat üçün keçirdiyi təlim proqramını uğurla başa vurub. Bu barədə universitetdən məlumat verilib.
Bu münasibətlə təşkil edilən tədbirdə ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək artıq 8 ildir keçirilən proqramın Azərbaycanda yeni nəsil diplomatların hazırlanmasında böyük rol oynadığını söyləyib.
ADA İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva 2007-ci ildən fəaliyyət göstərən İxtisasartırma Proqramının bu günə qədər hökumət və biznes sektorunda fəaliyyət göstərən 786 azərbaycanlı, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası, ABŞ və Avropadan 500-dən artıq xarici diplomatın müxtəlif mövzularda bacarıqlarının təkmilləşdirilməsində rolunu qeyd edib.
Məlumat verilib ki, keçirilən növbəti təlim zamanı 41 gəncə diplomat liderlik bacarıqları, effektiv kommunikasiya, komandada işləmək, danışıqlar aparmaq bacarıqları, iş görüşlərinin düzgün idarə edilməsi, natiqlik, o cümlədən ictimai diplomatiyada mövcud tendensiyalar, media ilə əlaqələrin qurulması, Azərbaycanşünaslıq kimi mövzular üzrə təlimlər keçirilib. Proqramın təlimçiləri arasında ADA Universitetinin dekanları, prorektorları və professor heyəti ilə yanaşı, Polşa, Malta və digər ölkələrdən gəlmiş müstəqil konsultantlar, Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri, parlament üzvləri, o cümlədən Bakıdakı bir sıra səfirliklərin təmsilçiləri olublar.
Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info