Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 29,3 faiz artıb
Tarix: 22.12.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 29,3 faiz artıb. 2014-cü il dekabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 5012 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 112 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini ( 19 724 nəfər) kişilər, 10,8 faizini (2 388 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları ( 11 815 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 492 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 269 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (864), Çin Xalq Respublikası (741) Hindistan (605), Pakistan İslam Respublikası (463), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (331), Ukrayna (244), Özbəkistan (235), Banqladeş Xalq Xespublikası (202), Filippin ( 189), Almaniya ( 185), Türkmənistan (181), ABŞ (164), Qazaxıstan (154), İtaliya (144), Koreya Respublikası ( 135), Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr gəlir.
Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən sığorta-pensiya sistemində Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin ödədikləri məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu həyata keçirilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info