İqtisadiyyat və sənaye nazirinin növbəti vətəndaş qəbulu Hacıqabulda keçirilib
Tarix: 22.12.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu Hacıqabulda keçirilib. Şirvan, Hacıqabul, Sabirabad və digər rayonlardan olan 40-a yaxın vətəndaş qəbul edilib. Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər. Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləyib, bir sıra müraciәtlər yerindəcə həllini tapmış, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Nazir Şahin Mustafayev qəbula gəlmiş sahibkarların heyvandarlıq, əkinçilik, bağçılıq, çörək istehsalı, turizm, tikinti materiallarının istehsalı, tikişçilik, mebel istehsalı və s. sahələr üzrə təkliflərini də dinləmiş, onlarla müzakirələr aparılmış, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb. Qəbula gəlmiş vətəndaşlar onlar üçün yaradılmış şəraitə və bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı müraciətlərinin həllinə görə dövlət başçısına minnətdarlıq ediblər.


İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info