ƏƏSMN QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə demoqrafiyaya aid Dövlət Proqramının layihəsini müzakirə edib
Tarix: 22.12.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyində QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın (2014-2025-ci illər) layihəsi müzakirə olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu sayəsində böyük inkişaf yoluna çıxan, 2003-cü ildən Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sürətli tərəqqi dövrünü yaşayan Azərbaycanda demoqrafik proseslərin də müsbət məcrada davam etdiyini vurğulayıb: “Son 20 ildə ölkəmizdə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Ölkədə son 10 il ərzində doğum səviyyəsi hər min nəfərə 13,9-dan 18,6-ya qalxıb. Bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir”.
S.Müslümov bildirib ki, BMT Baş Assambleyasının 1994-cü ildə Qahirədə keçirdiyi “Əhali və İnkişaf” konfransında qəbul edilmiş Fəaliyyət Proqramının prioritetləri Azərbaycanda həmin vaxtlardan etibarən ilbəil güclənən demoqrafik siyasətdə öz əksini tapıb. Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə “Demoqrafik İnkişaf Konsepsiyası” qəbul edilib. Artıq ƏƏSMN tərəfindən ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində 2025-ci ilədək dövr üçün inkişaf istiqamətlərini müəyyən edən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Layihə Nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) “Qanunvericilik” bölümündə yerləşdirilməklə ictimai müzakirəyə təqdim olunub. Həmçinin ötən müddətdə aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında layihə təkmilləşdirilib”.
Nazir cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib: “Bu görüş də əməkdaşlığımızın davamı olaraq, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi ilə bağlı birgə müzakirələrə həsr olunub. Burada vətəndaş cəmiyyətləri tərəfindən ifadə olunacaq rəy və təkliflərin bu layihənin təkmilləşdirilməsində öz rolunu oynayacağına əminəm”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-nin öz fəaliyyətinin bütün sahələrində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq etməsini yüksək dəyərləndirib. O, adıgedən Memorandumun ölkəmizdə dövlət orqanları ilə QHT-lər arasında ilk əməkdaşlıq sənədi olduğunu və bu sənəddən irəli gələn məsələlərin həlli ilə bağlı ƏƏSMN tərəfindən lazımi işlərin aparıldığını vurğulayıb. A.Quliyev ölkəmizdə yaxın on ildə demoqrafiya sahəsində məqsədyönlü siyasətin həyata keçirilməsi üçün mühüm istiqamətləri müəyyən edən yeni Dövlət Proqramının təkmil layihəsinin hazırlanması üçün öz töhfələrini verəcəklərini qeyd edib.
Daha sonra «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsi təqdim olunub, layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info