Hollandiyada erməni təbliğatının qarşısı alınır
Tarix: 22.12.2014 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi çərçivəsində Hollandiya Protestant kilsəsinin üzvü, missioner, yazıçı Japke de Krakerlə görüşüb.
Hollandiya Azərbaycan Evinin qonağı olan xanım Japke de Kraker təşkilatın yaradılması səbəbləri və fəaliyəti ilə maraqlanıb. E.Mirhəşimli qonağa Azərbaycan, Qarabag münaqişəsi, 20 % torpaqlarımızın hələ də işğal altında olması, 1 milyon azərbaycanlı qaçqının öz evlərinə qayıda bilməməsindən danışıb.
Xanim Japke Azərbaycan haqqında onda az məlumat olduğunu, erməni qaçqınların Azərbaycandan qovulması haqqında məlumatı olduğunu bildirib. “Mən də bu məlumatın yalnış olduğunu bildirdim və qeyd etdim ki, bizim də təşkilatımızın Hollandiyada yaradılmasının səbəbi Azərbaycan, eləcə də Qarabag haqqında ictimayyətini geniş məlumatlandırmaqdır. Çünki ermənilər bizim haqqımızda burada həqiqətə uyğun olmayan fikirlər formalaşdırırlar”.
Nəzərə çatdıraq ki, xanım Japke de Kraker əsasən müharibə bölgələrində baş vermiş faciələrdə qaçqın düşmüş insanlar haqqında kitablar yazıb kitab çap etdirir. Həmin kitablardan əldə etdiyi maliyyə ilə bu insanlara yardım edir.
E.Mirhəşimli xanım Japkedən Azərbaycan haqqında da kitab yazmasını xahiş edib: “Mən soruşdum ki, Azərbaycan haqqında nədən kitab yazmırsınız. Bəs, bizdə də qaçqınlar, müharbədən əziyət cəkən insanlar var. Xanım yazar Azərbaycan haqqında mlumatı yalnız bir tərəfli olaraq ermənilərdən aldığını bildirdi. Xanım Japke de Kraker Azərbaycan haqqında kitab yazmaq üçün ona yardımçı olmağımı xahiş etdi. Beləliklə, mən Azərbaycan haqqında məlumatları ona göndərəcəm. O, bu məlumatlar əsasında kitab yazıb holland ictimayyətinə çatdıracağını dedi və ümumiyyətlə, bizimlə sıx əməkdaşlıq edəcəyinə söz verdi”.
Sonda xanım Japke öz kitablarından Hollandiya Azərbaycan Evinə hədiyyə edib. E.Mirhəşimli də millət vəkili Elxan Süleymanovun ermənilərin Azərbaycana təcavüzü ilə bağlı ingiliscə kitabını qonağa hədiyyə edib.
Xatırladaq ki, “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi tərəfindən birgə həyata keçirilir.


Fuad





 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info