“Delfi.lt”: “Putinin iki yolu: Rusiya heç vaxt yenilmir?”
Tarix: 22.12.2014 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


“Rusiya Avropa Birliyini sarsıtmağa çalışacaq ki, sanksiyaları yumşaltsın”

“Donbas və Luqanskda situasiya dəyişə bilər”


Qərb və Rusiya arasında baş verən qarşıdurma dünya mediasının gündəmini zəbt edib. Bu qarşıdurma və onun gözlənilən nəticələri barəsində müxtəlif fikirlər bildirilir. Həmçinin Rusiyaya rəqib mövqedə dayanan ölkələrin media qurumları da proseslərə olduqca həssas yanaşmaqdadırlar. Bu baxımdan Litva mediasının yazdıqları maraq doğurur.
“Rusiya iqtisadiyyatı və maliyyə sistemi ağır dövrünü yaşayır, bu böyük qonşunun daxilində müxtəlif vaxtlarda iki müxtəlif proses gedə bilər. Əvvəlcə millətçilik və aqressiya güclənə bilər, Qərbin Rusiyanı diz çökdürmək istəyinə qarşı əhvali-ruhiyyə daha da güclənəcək. Bu isə öz növbəsində, Putin hakimiyyətini daha da gücləndirmiş olacaq”. Bu barədə Litvanın “Delfi.lt” media qurumunun “Putinin iki yolu: Rusiya heç vaxt yenilmir?” adlı
məqaləsində bildirilir. “Delfi.lt” bu barədə Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun professoru Yonas Çiçinkasın fikirlərinə istinad edir: “Amma uzunmüddətli dövrdə Rusiya cəmiyyəti və elita sıralarında dünyada, Rusiya ətrafında və Rusiyanın özündə baş verənlərə qarşı müxtəlif baxışlar formalaşa bilər. Bu kontekstdə hamısı Ukraynadakı hadisələri, Qərb sanksiyalarını və Rusiyanın əks-sanksiyalarını paralel olaraq götürür. Bu baxımdan Rusiyada öncə daha kəskin patriotik əhvali-ruhiyyə olacağı gözləniləndir. Bəzi qərbyönümlülər düşünə bilərlər ki, haçansa orada narazı müxalifət yaranacaq və uğur qazanacaq, amma belə bir şey baş verməyəcək. Əvvəlcə Rusiya hakimiyyəti cəmiyyətə izah edir ki, Qərb Rusiyanı sıxır. Bu isə özündə Rusiyaya qarşı sanksiyaları və Qərbin həmləsini ehtiva edir. Cəmiyyət isə orada inanır ki, belə vaxtda ətraf düşmənlə doludur və onlara daxildən hay verənlər də düşmən əlindən başqa bir şey deyil”.
Çiçinkasın fikrincə, rublun qiymətinin dramatik şəkildə enməsi baş ağrısıdır, amma rusiyalıların gündəlik həyatı bundan birbaşa zərər görmür: “Əgər rublun kursu daha çox düşsə və bərpa olunmasa, Rusiya burada “ciddi inflyasiya” görəcək, bu isə maaşların və pensiyaların artırılmasına gətirib çıxaracaq. Məlum olduğu kimi, Rusiya Mərkəzi Bankı faiz qoyumunu 10,5 faizdən 17 faizə qaldırıb. Bundan sonra bazar panikaya düşdü və 16 dekabrda avro artıq 100 rubl oldu, sonra isə situasiya bir qədər sabitləşdi”.
İqtisadiyyatçı alim bildirib ki, Rusiya Ehtiyat fondundan bu situasiyada yararlana bilər, amma onu gündəlik işlərə xərcləmək və dolların tələbini ödəmək çox ağır işdir: Dolların istifadəsi üçün ciddi zəmin yaranacaq, dollar xarici tədarükçülərə mallara görə ödəmə üçün vacib olacaq”.
Çiçinkas hesab edir ki, getdikcə Rusiyada millətçiliyin güclənməsi “rejimi möhkəmlədəcək”: “Putinin altında kreslo silkələnməyəcək, orada güclü hakimiyyət piramidası var. Qədim Misirdə firon hakimiyyətində olduğu kimi”.
Professorun fikrincə, Rusiya Donbasdan çıxmayacaq: “Hər şeydən öncə, Rusiya Avropa Birliyini sarsıtmağa çalışacaq ki, sanksiyaları yumşaltsın. Donbas və Luqanskda uzunmüddətli dövr üçün situasiya dəyişə bilər. Bu isə Rusiya və Qərbin Rusiyanın ordan çıxması və bunun Moskvanın qələbəsi kimi elan edilməsindən asılıdır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info