Argentinadakı səfirimizdən erməni həmkarına tutarlı cavab
Tarix: 22.12.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin dekabrın 5-də “Clarin” qəzetində dərc olunmuş məqaləsinə cavab olaraq Ermənistanın Argentinadakı səfiri Vahagn Melikiyan və Argentinanın erməni icmasının liderlərindən olan Daşnaksütun Partiyasının siyasi bürosunun üzvü Mario Nalpatianın həmin qəzetdə məktubları dərc olunub.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, öz məktublarında erməni nümayəndələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün münaqişənin mahiyyətini təhrif edib və Azərbaycana qarşı yalan və təxribatçı fikirlər səsləndiriblər. Bunlara cavab olaraq “Clarin” qəzetinin 21 dekabr tarixli buraxılışında Məmməd Əhmədzadənin yeni cavab məktubu dərc olunub.
Məqalədə Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz həyata keçirdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən öz təcavüzünü ört-basdır etmək üçün qondarma rejimin yaradıldığı, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və danışıqlarda Ermənistanın iştirak etməsi münaqişə tərəfinin məhz Ermənistan olmasının ən elementar göstəricisi olduğu qeyd olunub.
“Azərbaycanın konstruktivliyi onun ATƏT-in Minsk Qrupu çərçivəsində uzun illərdən bəri gedən və Ermənistanın qeyri-konstruktivliyinə görə hələ də nəticə verməyən danışıqlar prosesində iştirakıdır”, - deyə fikirlərinə davam edən Azərbaycan səfiri bildirib ki, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən çox hərbiləşdirilmiş ölkə olan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın öz müdafiə sektorunu gücləndirməsi tam qanunauyğun haldır: “Azərbaycan Konstitusiyanın aliliyini əsas tutan hüquqi dövlətdir. Ermənistana münasibətdə demokratik prinsiplərdən danışmaq çox gülüncdür, ən azı ona görə ki, bu ölkə qonşusuna hərbi təcavüz edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur. Ermənistandakı hərbi-oliqarxik repressiv diktatura rejiminin rəhbərləri əvvəllər Dağlıq Qarabağdakı separatçılara rəhbərlik etmiş, azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş və Ermənistanı dünyada ən geridə qalmış ölkələrdən birinə çevirmiş şəxslərdir”.

Yazının mətni ilə buradan tanış olmaq mümkündür:

http://www.clarin.com/cartas_al_pais/Armenia-Azerbaiyan-Cuba-inseguridad-robo-ruidos_molestos_0_1270673265.html

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info