Almaniyalı tələbə Azərbaycan idmanı ilə bağlı təqdimat edib
Tarix: 22.12.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində “Azərbaycan mədəniyyət günü” adlı tədbir keçirib. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Fridrix Şiller adına Yena universitetində təşkil olunmuş tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər millətlərdən tələbələr, eyni zamanda yerli sakinlər iştirak edib.
Tədbirin aparıcısı Şəlalə Yusifova iştirakçıları salamladıqdan sonra Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl söz alıb. Təşkilatın rəhbəri Azərbaycanın tarixi haqqında ümumi məlumat verib. O, Azərbaycanın dünyada gənc ölkə kimi tanındığını, lakin ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu da bildirib.
Sonra təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladığı materiallar təqdimat olunub. Azərbaycanın coğrafiyası haqqında Murad Cəlalov, mədəniyyətimiz barədə Dəryən Rüstəmov və Azərbaycanın iqtisadi imkanları haqda isə Bəhlul Məhərrəmov təqdimatla çıxış edib. Tədbir iştirakçılarının daha çox diqqətini cəlb edən isə alman tələbə Pia Plappertin Azərbaycan idmanı haqqında hazırladığı təqdimat olub. Pia Plappert öz çıxışında ölkəmizi tanımağında Azərbaycanda keçirilən beynəlxalq yarışların böyük rolu olduğunu deyib. Sonra isə ölkəmizin idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib. Almaniyalı tələbə Azərbaycanı Avropada uğurlu təmsil edən “Qarabağ” futbol klubunun adını xüsusi vurğulayıb. Pia Plappert “Qarabağ” klubunun ev oyunlarını Bakıda keçirməsinə toxunaraq, bunun Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu da qeyd edib.
Azərbaycan haqqında geniş təqdimatdan sonra iştirakçılar arasında kiçik viktorina keçirilib və qaliblər Azərbaycanı əks etdirən kiçik hədiyyələrlə mükafatlandırılıb. Sonda tələbələrin ifasında Azərbaycan milli rəqsləri təqdim edilib. Alman və azərbaycanlı tələbələrin ifasında “Naz eləmə” rəqsini iştirakçılar böyük coşqu və alqışla qarşılayıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, fotolar və milli geyimlərlə tanış olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info