Aleksandr Novak Türkiyəni etibarlı tərəfdaş kimi qiymətləndirdi
Tarix: 22.12.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


RF Energetika Nazirliyi Türkiyəni Rusiya enerjidaşıyıcılarının Avropaya tədarükü sahəsində etibarlı tərəfdaş hesab edir və əldə olunan razılaşmaların icrasına ümid edir. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
A.Novak “Rusiya 24” telekanalına müsahibəsində deyib: "Son vaxtlar türkiyəli tərəfdaşlarla xüsusilə energetika sahəsində çox yaxşı münasibətlər qurulub. Rusiyada, eləcə də Türkiyədə investisiyaların cəlb edilməsi ilə bağlı məsələlər sahəsində əməkdaşlığımız, münasibətlərimizin etibarlılığı məni qane edir. Вununla əlaqədar, şübhəsiz ki, mövcud olan bütün razılaşmaların tam yerinə yetiriləcəyinə ümid edirik". Nazir xatırladıb ki, o, ticari-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədridir. Onun sözlərinə görə, Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə qaz kəmərinin çəkilişi Energetika Nazirliyinin və “Qazprom” şirkətinin mütəxəssislərinin türkiyəli həmkarları ilə birgə hazırda üzərində çalışdıqları əsas işdir: "Biz bu layihənin texniki-iqtisadi əsaslandırılması üzərində fəal şəkildə çalışırıq. Hesab edirik ki, enerji resurslarının, eləcə də Avropaya qazın daşınacağı yeni marşrut həmin perspektiv istiqamətdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info