Sloveniya: “Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır”
Tarix: 22.12.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Sloveniya Respublikasının Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək təşəbbüsü məsələsini müzakirə edib və 24-cü plenar iclasında Şuranın prosedur qaydalarının 98-ci maddəsinə uyğun olaraq qərar qəbul edib.
”AzərTAc” xəbər verir ki, qərarda Sloveniya Respublikasının Milli Şurası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə diqqətin artırılmasına çağırır. Şura beynəlxalq təşkilatların regionda sülh və sabitliyi bərqərar etməklə bağlı təşəbbüslərini dəstəkləyir.
Qərarda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrə əsaslanmalıdır. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma yurdlarına qayıtmalarını tələb edir.
Qərarda xatırlanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinə Fransa, Rusiya və ABŞ-ın həmsədrləri olduğu Minsk qrupu vasitəçilik edir. Avropa İttifaqı Minsk qrupunun münaqişənin sülh yolu ilə və davamlı həlli istiqamətində fəaliyyətini dəstəkləyir.
Milli Şura Sloveniya hökumətini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək təşəbbüsünü dəstəkləməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info