“Gənclər Fondu qısa zamanda böyük uğur əldə edə bildi”
Tarix: 22.12.2014 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


“Bu layihələr gənclərimizin daha çox gələcək həyatlarına sirayət edəcək ki, bu da karyeralarının qurulmasına birbaşa fondun dəstəyi kimi qiymətləndirilməlidir”

Ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir və dövlətimizin gənclərə diqqəti, qayğısı hər bir sahədə özünü göstərir. Bu gün dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan yararlansın. Gənclərin imkan və bacarıqları yüksək qiymətləndirilir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verilir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrində təmsil olunmasına şərait yaradıb. Məhz bunun nəticəsidir ki, ölkəmizdə bir sıra gənclər təşkilatları fəaliyyət göstərir ki, burada minlərlə gənclər cəmləşib. Gənclərə olan diqqət və qayğının bariz nümunəsi kimi Prezident yanında Gənclər Fondu yaradılıb. 2011-ci ildə yaradılan Gənclər Fondu çoxsaylı gəncləri ətrafına toplamaqla yanaşı, bu gün bir sıra gənclərin öz bilik və bacarıqlarını, fərdi layihələrini təqdim etməyə imkan yaradır. Müsahibimiz belə gənclərdən biri, Prezident yanında Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsində “Öz karyeranı özün qur” layihəsinin rəhbəri Saleh Həsənovdur:

- Prezident yanında Gənclər Fondunun yaranmasından 3 il keçir. Siz bu fondun gənclərin fəaliyyətində rolunu necə qiymətləndirirsiniz?
- İlkin olaraq, Prezident yanında Gənclər Fondunu 3 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm, gələcək fəaliyyətində də bu cür şəffaf, obyektiv, inkişafa meyilli qərarlar verməsini arzu edirəm. Gənclər Fondu fəaliyyət göstərdiyi 3 il ərzində 6 qrant müsabiqəsi elan edərək, nəinki qeyri-hökumət təşkilatlarının və beynəlxalq tədbirlərin, o cümlədən daha da irəli gedərək gənclərin fərdi layihələrini dəstəkləməklə gənclər arasında daha da sevilən və maraq duyulan bir qurum olaraq gənclərə daha çox xidmət etmiş oldu. Bütün bu sadalananlar Gənclər Fondunun kiçik bir zamanda daha böyük uğur əldə etməyin nə qədər çətin olsa da, mümkünlüyünü sübut etmiş oldu.
- Gənclər Fondunun elan etdiyi müsabiqədə qalib olmusunuz. Bu layihə ilə bağlı fikirlərinizi bilmək istərdik. Necə oldu ki, müsabiqədə iştirak etmək qərarına gəldiniz?
- Mən Prezident yanında Gənclər Fondunun elan etmiş olduğu V qrant müsabiqəsində “Öz karyeranı Özün qur” təlim proqramı üzrə qalib gəlmişdim. Layihə 60 gənci birbaşa, benefisiant olaraq isə yüzlərlə gənci əhatə etdi ki, bu da layihənin uğurunun əsas göstəricisi sayıla bilər. Layihə haqqında onu deyə bilərəm ki, əsas məqsəd yuxarı kurs tələbələrinin və yeni məzun olmuş gənclərin iş həyatına inteqrasiya zamanı işəgötürən qarşısında özünü göstərə bilməsi, effektiv və beynəlxalq səviyyəli CV yazılışı, iş müsahibələrinə hazırlıq və müsahibələrdə iştirak, müsahibələrin uğurlu alınması üçün atılan addımlar, əmək məcəlləsi haqqında ilkin biliklər və neqativ hallara qarşı mübarizə üsulları haqda maarifləndirmə xarakterli məlumatların paylaşılması olub. Layihədə iştirak haqqında qərara gəlməyim isə sosial şəbəkələrdə qrant haqqında axtarışlarım oldu. Hər kəs Prezident yanında Gənclər Fondunun daha rahat və obyektiv formada qrant ayıra biləcəyini dedi və mən buna inanaraq layihəmi təqdim etdim və qalib gəldim.
- Fondun gənclərin fərdi layihələrinə dəstək verməsi gənclər üçün hansı imkanlar açır?
- Əslində fərdi layihələrə dəstək verilməsi məsələsi Prezident yanında Gənclər Fondunun daha da çox və sürətlə gənclər arasında fonda müraciət olunmasına səbəb oldu. Deyərdim ki, fondu digər qurumlardan daha da fərqli edən də məhz bu formada dəstəyidir ki, bu da həm asan formada layihə qalibi olmaq və özünü göstərmək, fərdi şəkildə özünə inamı artırmaq şansı verir. Bu imkanlar gənclərimizin daha çox gələcək həyatına sirayət edəcək ki, bu da karyeralarının qurulmasına birbaşa fondun dəstəyi kimi qiymətləndirilməlidir.
- Gələcəkdə gənclərlə bağlı hansı layihələrin reallaşmasını istərdiniz?
- Prezident yanında Gənclər Fondunun özü də gənclərdən ibarət bir komanda olduğu üçün daha yenilikçi və innovativ addımlar atır. Bütün bu atılan addımlar maariflənmə və təbliğat vasitəsi olaraq özünü ötən zamanda göstərmiş oldu. Gələcəkdə həyata keçiriləcək layihələrin daha çox innovativ və inkişaf, yenilikçiliklə bağlı olmasını, qeyri-formal təhsil layihələrinin həyata keçirilməsini istərdim.
- Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılıb. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Belə təşkilatların gənclərin fəaliyyətində hansı rolu var?
- Ümumilikdə ölkəmizin milli mənafeyi, müstəqilliyinə zərər gətirməyən, onun maraqlarını qoruyan və gənclərə qeyri-obyektiv yanaşma sərgiləməyən bütün təşkilatların fəaliyyətini müsbət qiymətləndirmək və fəaliyyətinə dəstək olmaq lazımdır. Xüsusən gənclər təşkilatları regionlarda və paytaxtımızda həyata keçirdiyi layihələrin maarifləndirmə xarakterli olması sevindirici hal kimi qiymətləndirilə bilər. Mən son zamanlar daha çox maarifləndirici və kreativliyi özündə əks etdirən reklam çarxlarına, bukletlərə, kitabçalara rast gəlirəm ki, bunun da böyük əksəriyyətini gənclər təşkilatlarının həyata keçirməsi məni çox sevindirir. Bütün bunlar son nəticədə yeniyetmə və gənclərin dünyagörüşünün artmasına, onların maariflənməsinə, vətənpərvərlik hisslərinin artmasına gətirib çıxarır.
- Azərbaycan gənclərinin İnkişaf Strategiyasının məqsədlərindən biri də 2013-2023-cü illərdə Azərbaycan gəncliyinin potensialının dünyada mövcud olan çağırışlara uyğun inkişafını təmin edərək həmin potensialın ölkəmizin milli mənafelərinə uyğun istifadə etməkdən ibarətdir. Bu gün gənclərimiz öz potensialından kifayət qədər istifadə edə bilirmi?
- Gənclərimiz hazırda yerli və beynəlxalq səviyyədə ölkəmizi uğurlu səviyyədə təmsil etməklə yanaşı, yuxarıda da vurğuladığım kimi, öz potensialını artırmaqla, günü-gündən daha da kreativləşir, daha çox milli mənafe uğrunda çalışmağa səy göstərirlər. Bu sahədə dövlət qurumları gənclərə kifayət qədər dəstək verir ki, bu da onların potensialının üzə çıxmasına və yeni-yeni potensiallı gənclərimizin özünü inkişaf etdirməsinə gətirib çıxarır.
- Gənclər Fondu ilə əməkdaşlığınız gələcəkdə də davam edəcəkmi?
- Əlbəttə ki, Prezident yanında Gənclər Fondunun gələcək layihələrində və tədbirlərində iştirak etməyi hər birimiz istərdik. İnanıram ki, fond da gənclərlə işləməyi daha da inkişaf etdirərək, daha böyük kütləni əhatə edəcək. Prezident yanında Gənclər Fondu ilə çalışmaq, birgə işləmək insana böyük zövq verir və birlikdə həyata keçirilən layihələr gəncliyimizin inkişafı üçün atılan addımların bariz nümunəsidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info