ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 22.12.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun (QMTTİ) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.
ADİU-nun mətbuat xidmətindən verilən məlumata görə, Yunanıstan nümayəndələri ilə görüşdən məmnunluğunu bildirən ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqlara universitet haqqında ətraflı məlumat verib.
Onlara universitetin beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan mütəxəssisləri ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə qoşulur. Həmçinin, Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə ADİU-nun professor-müəllim heyətinin birgə magistr hazırlığı həyata keçirəcəyini də qeyd edib. Rektor universitetin imicinin yaxşılaşdırılması, professor-müəllim heyətinin peşəkarlığının daha da artırılması və dünya təcrübəsinin öyrənilməsi baxımından bu əməkdaşlığın önəmli olduğunu vurğulayıb. Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun prorektoru Siskos Evangelos ADİU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Sonra ADİU ilə Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu arasında “Neft və qazın idarə olunması və nəqli” üzrə Magistr proqramına dair beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb. İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadiləsi, akademik əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi, konfransların, seminarların keçirilməsinə dair məsələlər öz əksini tapıb. Həmçinin Avropa qrant layihələri çərçivəsində birgə elmi tədqiqatların aparılması, qarşılıqlı mədəni əlaqələrin artırılması da sənəddə qeyd olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info