Şəki Turizm İnformasiya Mərkəzinə 556 nəfər xarici turist müraciət edib
Tarix: 22.12.2014 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“Bu il Şəki Turizm İnformasiya Mərkəzinə 40 ölkədən 556 nəfər xarici, həmçinin 300 nəfərə yaxın yerli turist müraciət edib. Müraciətlər, əsasən, Şəkinin, eləcə də bu bölgənin gəzməli, görməli yerləri, tarixi məkanları, turizm imkanları barədə ətraflı məlumat almaq məqsədi daşıyıb. Mərkəzə müraciət edən turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb”.
Bu məlumatı Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev AzərTAc-a eksklüziv müsahibəsində verib. Mərkəz rəhbərinin bildirdiyinə görə, il ərzində quruma ən çox Almaniya Federativ Respublikasından olan turistlər müraciət ediblər. Həmin müddətdə mərkəz tərəfindən 128 alman turistə xidmət göstərilib. Polşa, Fransa, Rusiya, İtaliya və digər Avropa ölkələrinin, həmçinin Avstraliya, Yaponiya, uzaq Amerika qitəsində yerləşən Kanada, ABŞ, Argentina, Meksika, Braziliya kimi ölkələrin turistləri də mərkəzə daha çox müraciət edənlər arasındadırlar. Hazırda Şəkidə turizmin inkişafı ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdıran Nəsib İmaməliyev bu layihələrdən birinin finlandiyalı ekspertlərin iştirakı ilə aparıldığını bildirib. Onun sözlərinə görə, Finlandiyanın turizm sahəsində çalışan mütəxəssisləri dəfələrlə Şəkidə olub, yerli sənətkarlar, muzey işçiləri, həmçinin tələbələr üçün treninqlər keçiriblər. Şəki Turizm İnformasiya Mərkəzi belə layihələrin həyata keçirilməsində əlaqələndirici rol oynayır.
Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən və hazırda “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki “Sənətkarlar evi”ndə yerləşən Turizm İnformasiya Mərkəzi Şəkiyə gələn yerli və xarici turistləri bələdçi xəritələri və digər çap məhsulları ilə, həmçinin lazımi informasiyalarla təmin edir. Turistlərin yerləşdirilməsində, turizm marşrutları üzrə hərəkət etməsində onlara yardımçı olur, bələdçilik edir.




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info