“Ukrayna NATO-ya qəbul edilməyəcək”
Tarix: 23.12.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Beynəlxalq antifaşist hərəkatının liderlərindən biri və eyni zamanda Tallində fəaliyyət göstərən Rusiya Birliklər İttifaqının fəalı Dmitri Linter bəzi Ukrayna siyasətçiləri tərəfindən səsləndirilən populist bəyanatlara münasibət bildirərək iddia edib ki, Ukrayna dövlətinin statusundakı qeyri-uğursuzluq ona yaxın gələcəkdə NATO-ya üzv olmaq imkanı verməyəcək.
“Ukraynanı heç vaxt NATO-ya qəbul etməyəcəklər” - deyən ekspert fikrini əsaslandırmaq üçün bir neçə tezis irəli sürürb Hərbi alyansın ciddi meyarlarının olduğunu xatırladan Linter, qeyd edir ki, namizəd ölkə mütləq bu meyarlara cavab verməlidir. Belə ki, alyansın əsas tələblərindən biri namizəd ölkənin müdafiə nazirinin mülki şəxs olması, ölkənin Silahlı Qüvvələrinin struktur və avadanlığının alyansın standartlarına cavab verməsi ilə bağlıdır. Eyni zamanda həmin ölkənin siyasi sistemi də hərbi blokun şərtlərinə uyğun olmalıdır: “NATO-nun hesabına siyasi güc toplamağa çalışan Ukrayna rəsmiləri bunları ictimaiyyətlə bölüşmürlər. Onlar unudublar ki, alyans üzvü olmağa namizəd ölkənin qonşu ölkələrlə hər hansı ərazi mübahisəsi, həmin ölkənin ərazisində heç bir dövlətin hərbi bazası olmamalıdır. Amma belə görünür ki, Kiyev bu şərtlərin heç birini yaxan zamanda gerçəkləşdirmək imkanında deyil. Onlara görə, Krım Ukraynanın bir hissəsidir. Amma unudurlar ki, vəziyyətin bu həddə çatmasının əsas səbəbkarı onların özləridir. Krımla bağlı ərazi problemi və hərbi baza məsələsi Ukraynanın NATO-ya yolunu bağlayır. Avropanın Krımı Rusiya ərazisi kimi tanımamasını da nəzərə alsaq, deməli vəziyyət çıxılmazdır. Ona görə də “Ukrayna tezliklə NATO-ya üzv olacaq” deyən savadsız ukraynalı siyasətçilərin bəyanatları populizmdən başqa bir şey deyil. Ona görə də proseslərin nəticələri Ukrayna xalqı üçün fəlakətlə nəticələnə bilər”. Xatırladaq ki, bir müddət əvvəl rusiyalı siyasətçi Dmitri Roqozin də bildirmişdi ki, Ukrayna NATO-ya daxil olacağı təqdirdə ölkəni parçalanma gözləyir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info