Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 23.12.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək son illər təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, bu layihələrdən biri də fərdi yazı müsabiqəsidir. 2014-cü ildə KİVDF tərəfindən ayrıca və digər qurumlarla birgə 10 müsabiqə keçirilib. Bu müsabiqələrdə 336 jurnalist mükafatlandırılıb. Sonuncu müsabiqə daha geniş auditoriyanı əhatə edib. Vurğulanıb ki, KİVDF media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklər edib. Müsabiqə mövzuları jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, sonuncu müsabiqəyə 154 yazı təqdim olunub. Bu, ümumilikdə 58 media qurumunu əhatə edib. Hər istiqamət üzrə ümumilikdə 6 qalib seçilib. Müsabiqədə hər istiqamət üzrə birinci yer üçün 500 manat olmaqla 1, ikinci yer üçün 300 manat olmaqla 2, üçüncü yer üçün 200 manat olmaqla 3 mükafat verilib. Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalist faydalana bilib. Sonra Fondun Müşahidə Şurasının üzvləri müsabiqə zamanı qarşılaşdıqları bir çox məsələlərdən bəhs ediblər. Yazılarda əksini tapmayan jurnalist peşəkarlığından, hadisələrə yanaşmaların bəsitliyindən, rəngarəngliyin, forma müxtəlifliyinin çatışmazlığından söz açılıb. Həmçinin müsabiqəyə təqdim edilən bir sıra zövqlü, seçilmiş mövzunu əhatə edən yazılar da yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki, müzakirələr aparılaraq növbəti müsabiqələrin formasında dəyişikliklər edilə bilər. Sonra qaliblər mükafatlandırılıblar. Mükafat alanlar arasında “Palitra”nın əməkdaşları da var.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info