Azərbaycanda “KamAZ”-ın bəzi modelləri yığılacaq
Tarix: 23.12.2014 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Rusiyanın iri yük avtomobil istehsalçısı olan “KamAZ” ASC Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) ilə birgə Azərbaycanda avtomobillərin yığılmasına dair bir neçə müqavilə imzalayıb.
“KamAZ” ASC-nin saytında yer alan məlumata görə, Rusiya istehsalçısının yaydığı xəbərdə bildirilir ki, ağır tonnajlı avtomobillərin sənaye üsulu ilə yığımına artıq gələn ilin birinci yarısında başlanacaq.
Müqavilələrdən biri gələcəkdə Azərbaycan müəssisəsində yığım üçün yük maşınlarının maşın komplektlərinin tədarükünü nəzərdə tutur. Həmçinin “KamAZ” avtomobillərinin “KamAZ-43114”, 4326, 43118, 65115, 65117 və 6520 modellərinin yığılma hüququna dair Gəncə Avtomobil Zavodu ilə “KamAZ” arasında lisenziya razılaşması da imzalanıb.
İstehsal həcmləri yaxın vaxtlarda məlum olacaq.
Tərəflər “KamAZ” avtomobillərinin yığım istehsalı ilə yanaşı, Bakı və Gəncədə planlaşdırılan zəmanət və zəmanət sonrası dövrlərdə texniki xidmətin təşkil edilməsi şərtlərini də razılaşdırıblar.
Qeyd edək ki, “KamAZ” dünyanın ağır yük maşın istehsalçıları arasında 11-ci və dizel mühərriklərinin həcminə görə 8-ci yerdədir. Vahid kompleksə avtomobil istehsalının 12 iri zavodu daxildir. Zavod 150-dən artıq təşkilatı ilə Rusiya, MDB və xaricdə yerləşir.
Bu avtomobillər MDB, Avropa, Asiya, Afrika və Latın Amerikasının 80-dən çox ölkəsində istismar olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Ötən ay rabitə, poçt və kuryer xidmətlərinin qiymətləri dəyişməyib
18.05.2019
Moody`s: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək
18.05.2019
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18.05.2019
Daşkəsən arıçılarına subsidiya verilib
18.05.2019
Bu il 15 rayonda pambıq əkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info