“Azərbaycanda güclü kikboksinq məktəbi var”
Tarix: 23.12.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


“Azərbaycanda özümü öz evimdəki kimi hiss edirəm. Azərbaycandan yüksək hiss və duyğularla qayıdırıq. Çünki Azərbaycan qardaş dövlətdir. Bizə qarşı çox böyük qonaqpərvərlik və diqqət gördük. Üstəlik, Azərbaycan bu səviyyədə inkişaf etməsi bizi məmnun edir”. Bu sözləri Türkiyə Kikboksinq Federasiyasının prezidenti, eyni zamanda Dünya Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Salim Kayıcı deyib. Xatırladaq Salim Kayıcı Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş sayca 5-ci beynəlxalq kikboks turnirində iştirak etmək üçün Azərbaycanda qonaq olub.
O, yarışın yüksəkdə səviyyədə keçirildiyini bildirib: “Azərbaycan kikboksçuları yaxşı çıxış etdilər. Əsas odur ki, yüksək peşəkarlıqla hazırlanan və beynəlxalq tələblərə cavab verən yarış idi. Yarışı belə yüksək səviyyədə təşkil etdiyi üçün dostum Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə təşəkkürümü bildirirəm və təbrik edirəm. Dostumuz Adil Əliyev nəinki Azərbaycan, mən deyərdim ki, dünya kikboksinqinə dəstək verən şəxslərdəndir. Onun xidmətləri sonsuz və bunu dəyərləndiririk. Əminliklə demək olar ki, Azərbaycanda güclü kikboksinq məktəbi və onun tələbələri var. Bugünkü yarış bunu sübut etdi. Bunlar zaman-zaman gerçəkləşən işlərin nəticəsidir. Bu gün də öz bəhrəsini verir”.
Salim Kayıcı hesab edir ki, keçirilən yarışda da qazanan dostluq və qardaşlıq oldu: “Ümummilli lider, türk dünyasının böyük oğlu Heydər Əliyev hər zaman Azərbaycan və Türkiyəni bir millət, iki dövlət adlandırardı. Yarışın fəlsəfəsində bu deviz dayanırdı.
Belə yarışları sıx-sıx etmək lazımdır. Çünki bu yarışlar Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafına böyük təsir edir. Biz siyasi-iqtisadi və mədəni əlaqələrimizi inkişafına nail olmaqla yanaşı idman əlaqələrimizi gücləndirməliyik. Bu gün iki qardaş ölkənin bayrağının birgə dalğalanmasından gözəl nə ola bilər? Yarış boyu bunu izləmək insana mənəvi güc verirdi. Qarşıda belə tədbiri Türkiyədə keçirməyi planlaşdırırıq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info