Marneulidə gənclərlə görüş keçirilib
Tarix: 23.12.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclər şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin, Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimov adına Gənc Nəqliyyatçılar Klubunun rəhbəri və üzvləri ilə Gürcüstanda yaşayan azərbaycanlı tələbələrlə görüşü keçirilib. Görüşdə GNK sədri Fuad Rəsul, Azərbaycanın xalq şairi Nüsrət Kəsəmənlinin oğlu, YAP-ın üzvü, GNK-nun mətbuat katibi Rəşad Kəsəmənli, “City TV”-nin rəhbəri Sabir Bacaran iştirak ediblər. Tədbiri açan AMM rəhbəri Fazil Həsənov qonaqları salamlayaraq Azərbaycan gəncliyinin uğurlarından, Azərbaycan-Gürcüstan dostluğundan və strateji partnyorluğundan danışıb.
Azərbaycanda gənclər siyasətindən, Azərbaycanın inkişafından danışan Fuad Rəsul təmsil etdiyi təşkilatların fəaliyyətindən söz açdı. "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafı istiqamətində böyük işlər görmüşdür, təməli qoyduğu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, biz gənclərdə onun ətrafında birləşərək əlimizdən gələni edirik ki, gənclər üçün faydalı işlər həyata keçirək"
Rəşad Kəsəmənli dolğun və mənalı çıxışında Azərbaycan xalqının necə dərin köklərə və tarixə malik olduğunu vurğulayaraq gənclərin bu varlıqları qorumağa səsləyib. "Mən çox şadam ki, Gürcüstanda yaşayan azərbaycanlılar dillərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamaqla yanaşı yaşadıqları cəmiyyətə təbliğ etməkdədirlər"
AMM Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxışında Gürcüstanda yaşayan azərbaycanlı gənclərin əldə etdiyi uğurlardan söz açıb: “Bu gün bizim gəncliyin qarşısında böyük missiya durur, vətənimiz Gürcüstana və böyük xalqımız Azərbaycanlılara layiq olmalıyıq. Biz xalqımızın mədəniyyətini, tarixini, həqiqətlərini təbliğ etməklə yanaşı yaşadırıq, ən önəmlisi isə bizim gənclər vətənimiz Gürcüstana layiqli şəkildə böyüyür, dövlət dilini mükəmməl mənimsəyir, vətən və xalq üçün layiqli nümayəndə olmağa çalışırıq".
Tədbir iştirakçıları iki xalqın dostluğu haqqında danışaraq Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanları da yad etdi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və digər qəhrəmanlar da həmçinin yad edilərək fərəhlə anılıb.
Dünya Azərbaycanlıların Həmrəylik günü ilə əlaqədar Gürcüstanlı gənclərlə görüşdə iştirakçılar və qonaqlar arasında fikir mübadiləsi aparılıb, Azərbaycan mədəniyyətini və həqiqətlərinin təbliği istiqamətində aparılan işlərdən danışılıb.
Gənclər də öz tərəfindən Tbilisi ali təhsil ocaqlarında bu istiqamətdə apardıqları işlərdən söz açaraq gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
Tədbirdə Azərbaycan mədəniyyətini və həqiqətlərini Gürcüstanda təbliği istiqamətində apardığı xidmətlərə görə Fazil Həsənov, Nərgiz Əliyeva, Nizami Məmmədzadə, Oqtay Kazımov fəxri fərmanla, ictimai fəaliyyətdə və təhsildə fərqlənən gənclər Daur İsmayılov və Elrad Fətullayev Sarvan Folklor ansamblı"nda fəaliyyətləri zamanı Azərbaycan folklorunu layiqli təmsil etdiklərinə görə, Kamran Kiryakov isə ali təhsil ocağında təhsildə və fəlsəfi ixtirasına görə təşəkkürnamə ilə təltif olunublar.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsi və GNK arasında gələcək əməkdaşlığa dair iş planı tətbiq olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info