Qubada ARGTMŞ-nın növbəti məclisi baş tutub
Tarix: 23.12.2014 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclər Paxtaxtı Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti Məclisi baş tutub. Tədbirin rəsmi hissəsi zamanı dövlət rəsmiləri və ARGTMŞ-ın sədrinin 2014-cü ilin yekunları barəsində çıxışları, tədbirdə iştirak edən ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev ARGTMŞ-ın fəaliyyəti ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdıraraq, təşkilatın Gənclər Siyasəti sahəsində bir liderlik məktəbinə çevrildiyini qeyd edib.
Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev təşkilatı dünyanın ən böyük gənclər platforması – “Dünya Gənclər Assambleyası”nın idarə heyətinin üzvü seçilməsi münasibəti ilə təbrik edib və təşkilatın uğurlarının Azərbaycan Gənclər Siyasətinin uğurları olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə təşkilatın daima azərbaycançılıq ideologiyasının təbliğinə öz töhfəsini verəcəyini bildirib:“Bu gün, sadəcə iki sözdən ibarət olan Gənclər Siyasəti ifadəsinin arxasında çox böyük güc dayanır. Gənclər Siyasəti çox geniş anlayışdır və gənclər üçündür. Gəncləri inkişaf etdirən ictimai təşkilatlar və dövlət strukturlarıdır. Tədbir və proqramları həyata keçirən biz – gənclər təşkilatları, koordinasiya edən, maliyyələşdirən və dəstəkləyən dövlət qurumlarıdır. Yəni, gənclər üçün həm həyata keçirən, təşkil edən, həm maliyyələşdirən və dəstəkliyən, bir sözlə bütün tərəflər mövcuddur və bu uğurla icra olunur. Sözsüz ki, bu Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi islahatların bir isitiqamətidir və gəncləri Azərbaycançılıq idealogiyası ətrafında birləşdirir. ARGTMŞ-ın əsas dəyərləri dövlətçilik və təmsilçilikdir. ARGTMŞ üzv təşkilatları ilə birgə daima bu dəyərlərə sadiq qalacaq və Azərbaycançılıq ideologiyasının təbliğinə öz töhvəsini verəcək. ”
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisinə gündəliyin təsdiq olunması ilə başlanılıb. Məclis hesabat dövründə görülən işlərlə bağlı ARGTMŞ-nın üzvlərinin məlumatlandırılması, cari məsələlərinin müzakirə olunması, növbəti mövsüm üzrə fəaliyyətlərin təsdiqlənməsi və üzvlük üçün müraciət edən təşkilatların namizədliyinə baxılması məqsədi ilə həyata keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info