“Gənclərin iş yerləri ilə təmin olunması üçün dövlət proqramları hazırlanıb”
Tarix: 23.12.2014 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Milli Məclisin üzvü Fuad Muradov virtual dostları ilə canlı görüşüb. Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov sosial şəbəkədəki virtual dostları ilə canlı görüşü olub. 100-ə yaxın virtual dostla baş tutan söhbət zamanı müasir gəncliyi narahat edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Artıq bir neçə dəfə virtual dostları ilə görüşlər keçirdiyini deyən millət vəkili qeyd edib ki, belə görüşləri təşkil etməkdə məqsəd virtual şəbəkədəki dostlarının fikirləri ilə tanış olmaq və onları yaxından tanımaqdır. Görüş zamanı iştirakçılar onları maraqlandıran bir sıra məsələlər, o cümlədən xaricdə təhsil almaq imkanları, milli ali məktəblərimizdə təhsilin vəziyyəti, ölkədə tibbi sığortanın yaradılmasının vacibliyi və s. ətrafında fikir mübadiləsi aparıblar. Millət vəkili qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı aparılan siyasət dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Prezident İlham Əliyevin yürütdüyü siyasətdə gənclər əsas prioritetlərdəndir. Dövlət başçısı ölkədə sağlam, təhsilli, dövlətçiliyə sadiq gənc nəslin formalaşmasını mühüm hesab etdiyini dəfələrlə öz çıxışlarında vurğulayıb”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması məqsədilə 2005-ci ildə Azərbaycan Gəncliyi Dövlət Proqramını imzalayıb. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.
Deputat ölkədəki ali məktəblərin bazasında olan problemlərdən danışıb və vurğulayıb ki, dövlətimizin xaricdə təhsillə bağlı proqramının əsas məqsədi Avropanın çağdaş elm təcrübəsi ilə tanış olan gəncliyi yetişdirmək və bu elmi təcrübəni ölkəyə gətirməkdir. F.Muradov bildirib ki, daha bir təklif xarici ölkələrin ali məktəb müəllimlərini Azərbaycan unversitetlərinə dəvət etməkdən ibarətdir və bununla bağlı artıq bir sıra addımlar atılıb.
Elmin vəziyyəti barədə aparılan müzakirələr zamanı görüş iştirakçıları bir sıra təkliflərini səsləndirib, eləcə də gənc mütəxəssislərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün addımların atılmasının vacibliyi vurğulayıblar. F.Muradov elm sahəsinə innovativ yanaşmanın vacib olduğunu qeyd edib.
Tibbi sığortanın mühüm olduğunu deyən deputat vurğulayıb ki, Milli Məclisdə bu məsələni qaldırıb.
Daha sonra işsizlik probleminə toxunulub. F.Muradov deyib ki, hazırda işlə bağlı tələblər çox dəyişib: “Gənclərin iş yerləri ilə təmin olunması dövlətin diqqətindədir və bunun üçün dövlət proqramları hazırlanıb”.
Deputat daha sonra ölkəmizin müstəqilliyini təhdid edən faktorlardan danışıb və bununla bağlı müəyyən qrupların Azərbaycana qarşı apardığı kampaniyaları nümunə göstərib. Deputat ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin gəncliyin qarşısında ən böyük vəzifə olduğunu qeyd edərək bu məsələdə eyni hədəfə vurmağın zəruri olduğunu deyib.
F.Muradov gəncləri öz fəaliyyətində aktiv olmağa və haqlı hesab etdikləri mövqelərini axıra qədər müdafiə etməyə çağırıb: “Əsas düzgün hədəf və iradədir. Çox erkən gənclik yaşımdan etibarən öz təşəbbüsümlə ölkənin gəncliklə bağlı ictimai sektoruna gəlmişəm. Demək istəyirəm ki, uğurun açarı insanın öz əlindədir”.
Səmimi şəraitdə və canlı müzakirələr keçən görüş üçün gənclər deputat F.Muradova təşəkkürlərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info