Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının 12-ci iclası keçirilib
Tarix: 23.12.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının 12-ci iclası keçirilib.
Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov iclasın gündəliyi haqqında məlumat verib. Bildirib ki, bugünkü toplantıda komissiyanın tərkibi, onun 2014-cü ildə fəaliyyətinin nəticələri və qarşıdakı müddətdə vəzifələri, Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığın perspektivləri, regionlararası əlaqələrin inkişafı, parlamentlərarası komissiyanın 2015-ci il üzrə planları, 13-cü iclasın yeri və vaxtı ilə bağlı məsələlər müzakirə olunacaq.
Federasiya Şurasının sədr müavini, parlamentlərarası komissiyanın həmsədri İlyas Umaxanov Rusiya tərəfindən komissiyanın tərkibində dəyişikliklərin olduğunu qeyd edib. O bildirib ki, bu dəyişikliklər nəticəsində komissiyaya Federasiya Şurasının aqrar-ərzaq siyasəti, elm, təhsil və mədəniyyət komitələrindən üzvlər, həmçinin Rusiyanın Başqırdıstan Respublikası, Həştərxan və Samara vilayətlərini təmsil edən nümayəndələr daxil edilib. Qeyd edilib ki, komissiyada əsasən Azərbaycanla qonşuluq edən regionların nümayəndələri təmsil olunur ki, bu da iki ölkə arasında gələcək əməkdaşlıq sahələrinin müəyyən edilməsi üçün vacibdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info