Rus rublu ikinci dəfə birjada gücləndi
Tarix: 23.12.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Dolların kursu 53 rubldan aşağı düşüb. “Trend” “lenta.ru”ya istinadən xəbər verir ki, bu gün səhər Mosvka birjasında ticarət sessiyasının ilk dəqiqələrində rus rublunun məzənnəsi kifayət qədər qalxıb. Ötən günün sonu ilə müqayisədə bu gün səhər dolların məzənnəsi 1,8 rubl aşağı düşərək 53 rubl təşkil edib. Avronun məzənnəsi isə öz növbəsində 3 rubldan da çox enərək 65 rubl olub.
Rusiya valyutası 22 dekabrdan etibarən artıq ikinci sessiyadır ki, birjada güclənir. Ötən gün dollar təxminən 3, avro isə demək olar ki, 4 rubl zəifləyib. Mütəxəssislərin fikrincə, rublun məzənnəsinin qalxması dünya bazarında neftin qiymətinin möhkəmlənməsi ilə əlaqədardır. Bundan əlavə, məzənnənin dəyişməsinə hökumətin ixracatçılarla böyük həcmdə yığılmış valyutanın satışa çıxarılmasına dair razılıq etməsi haqqında məlumatların yayılması da təsir edə bilər. Bu minvalla, bazarda əlavə olaraq gündəlik təxminən 1 milyard dollar peyda olacaq ki, bu da onun dövriyyəsinin 25 faizi deməkdir.
Qeyd edək ki, dekabrın 16-da dolların məzənnəsi 80 rubla çatmış, avro isə 100 rublluq həddi keçmişdi.




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi
11.12.2018
Stokholmda Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info