Samux rayonunda gənc kadrlarla görüş
Tarix: 23.12.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Samux Rayon Heydər Əliyev Mərkəzinin iş planına uyğun olaraq, son 3 ildə Samux rayonunda pedaqoji əmək fəaliyyətinə başlamış gənc kadrlarla görüş keçirildi. Samux rayon Heydər Əliyev Mərkəzinin mətbuat katibi İradə Məmmədovanın verdiyi məlumata görə, görüşdə Samux Rayon Heydər Əliyev Mərkəzinin rəhbər və kollektivi, Samux Rayon İcra Hakimiyyəti nümayəndəsi, Samux Rayon Təhsil şöbəsinin nümayəndələri, Samux Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Rayonun Alabaşlı, Hacıalılı, Sarıqamış, Alıuşağı, Kəsəmən, Poylu və digər ucqar kənd və qəsəbələrində ümumilikdə pedaqoji fəaliyyət göstərən 27 gənc kadr iştirak edirdi.
Tədbiri giriş sözü ilə Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə açaraq ümummilli lider Heydər Əliyevin təhsil işçilərinə, xüsusilə gənc kadrlara göstərdiyi diqqət və qayğısından və onun layiqli davamçısı, Prezident İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu fəaliyyətlərdən danışdı.
Tədbir gənc kadrların uğur hekayələri, bu yolda qarşılaşdıqları çətinliklər haqqında qarşılıqlı fikir mübadiləsi şəklində davam etdi. Sonda təkliflər qeydə alındı və qarşıdan gələn 2015-ci ildə də Samux Rayon Heydər Əliyev Mərkəzinin tədbirlər planına uyğun olaraq, digər sahələrdə də Samux rayonunda təyinatla fəaliyyət göstərən kadrlarla mütəmadi görüşlərin keçiriləcəyi bildirildi.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info