M.Pənahov: “Seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir”
Tarix: 23.12.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31-ci seçki məntəqəsində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. M.Pənahov bildirib ki, saat 10:00-a olan məlumata görə, ötən bələdiyyə seçkisində seçici fəallığı 8 faiz idisə, indi müvafiq saatda bu göstərici 10 faiz təşkil edib.
Saat 13:00-a olan məlumata görə isə, seçici fəallığı artıq 23-24 faiz olub.
MSK sədrinin sözlərinə görə, seçkilər normal gedir: "Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. Həm də veb-kameralar vasitəsilə səsvermənin gedişini müşahidə edirik. Hələlik seçkilərin nəticələrinə təsir edən qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb". M.Pənahov internetdə seçki məntəqələrindən birində bülletenlərin topa halında qutuya salınması ilə bağlı yayılan video ilə əlaqədar araşdırma aparılacağını da bildirib. Onun sözlərinə görə, MSK-ya hələlik yalnız seçkilərlə bağlı sorğu xarakterli müraciətlər daxil olub. M.Pənahov deyib ki, ünvanlara daşınan qutuların aparılmasını KİV nümayəndələrinin müşayiət etməsi üçün sərbəst şərait yaradılıb. Axşam bülletenlər sayılanda, ilk növbədə daşınan qutular açılacaq. MSK sədri, həmçinin vurğulayıb ki, seçki günü öncəsi namizədliyini geri götürənlər də olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info