Vanda yer adları erməniləşdirilir
Tarix: 23.12.2014 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Ermənilər buna layiqdirlərmi?

“Türkiyədə Van şəhəri merinin qərarı ilə köhnə kürd və erməni toponimləri geri qaytarılıb”. Bu barədə İstanbuldakı erməni qəzeti “Akos” sevincək halda xəbər verir. Bunu eyni sevinclə də Ermənistandakı “ News.am” saytı yazıb.
Qəzetin bildirdiyinə görə, Van meriyası tələb edib ki, iş aparılsın və kənd və qəsəbələrin keçmiş adlarının siyahısı təqdim edilsin. Meriyanın qərarı ilə aparılan iş nəticəsində 704 əski toponim siyahısı hazırlanıb.
Qeyd edilir ki, Van şəhərinin Başkale rayonunda 81, Çaldıranda 86, Şatahda 34, Artameddə 18, Arçeşdə 105, Qevaşda 37, Gürpınarda 174, İpekyoluda 50, Muradiyede 41, Özalpda 53 və Sarayda 25 kənd və məhəllənin adı dəyişdirilib.
Qeyd edək ki, son vaxtlar indiki Türkiyə hökuməti ermənilərin “genosid” iddialarını yumşaltmaq və Ermənistanla bu baxımdan münasibətləri sahmana salmaq üçün müxtəlif jestlər edir. Vana dəxli olmayan ermənilərin, haçansa Van ərazisində peyda olmuş toponimlərinin qaytarılması məsələsinə də Türkiyə hökumətinin növbəti belə jesti kimi yanaşmaq olar. Təbii ki, bu, ermənilərə qarşı böyük bir jestdir. Amma gəlin görək, ermənilər bu jestə layiqdirlərmi? Onlar bunun qarşılığında türk tarixinə necə yanaşırlar?
Heç kimə sirr deyil ki, indi Ermənistan adlanan ərazi vaxtilə Azərbaycan İrəvan xanlığının torpaqları olub. Orada min illər boyu yaşayan, qədim dövlət və mədəniyyət quran türk və müsəlmanlara aid hər hansı toponim, tarixi abidə heç xatırlanırmı? Ermənistandakı türk toponimlərinin heç biri qalmayıb. Ermənilər ən kiçik türk toponimini belə dəyişıdirib, özlərindən ermənicə yeni adlar uydurublar. Bununla iş bitmir. Ermənistan bu gün hazırkı Azərbaycan dövlətinin ərazisini – Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib, orada da yer adlarımızın hər birini dəyişiblər, dünyaya erməni toponimləri adı altında tanıdırlar. Ermənilər məskunlaşdırıldıqları və işğal etdikləri bütün torpaqlarımızda bütün türk və müsəlman yer adlarını siliblər. Onlar tarixi abidələrimizin hamısını vəhşicəsinə məhv ediblər. İslamdan öncəki xristian abidələrimizi, alban abidələrini isə öz adlarına çıxırlar. Ermənilərin bu barədə arsızlığı ona gətirib çıxarıb ki, nəinki dolmanı, dovğanı, son dövrlərdə bozbaşı da öz yeməkləri kimi təqdim edirlər.
Məhz bu arsızlıqlarının nəticəsidir ki, hətta, uzaq və qonaqpərvər Ukraynada Lvov şəhərinin adının erməniləşdirilməsi tələbi ilə çıxış etmişdilər...
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info