Rublun mövqeyi möhkəmlənir
Tarix: 23.12.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Bu gün Moskva birjasında ticarətin ilk dəqiqələrində dollar və avro təqribən 3 rubl ucuzlaşıb. Rusiya valyutasının möhkəmlənməsi iri ixracatçıların yığılmış xarici valyuta ehtiyatlarını satışa çıxarması ilə izah olunur.
“Kommersant” qəzeti xəbər verir ki, hökumət bununla bağlı 5 aparıcı dövlət şirkətinə göstəriş verib. Onların sırasına “Qazprom”, “Rosneft”, “Alrosa”, “Zarubejneft” və brilyant istehsalçısı olan “Kristall” istehsalat birliyi daxildir. Onlar 2015-ci il martın 1-dək təmiz valyuta aktivlərini 2014-cü il oktyabrın 1-i səviyyəsində saxlamalıdırlar. Bu o deməkdir ki, həmin şirkətlərin oktyabrın 1-dən sonra yığılmış bütün xarici valyutanı satması lazım gələcək.
Proses Mərkəzi Bankla razılaşdırılmış qrafik üzrə həyata keçiriləcək. Ekspertlər bildirirlər ki, satışın ümumi həcmi minimum 40-50 milyard dollar təşkil edə bilər.
Analitiklərin fikrincə, ixracatçıların valyuta bazarına dəstəyi fonunda və neftin qiymətinin 60 dollar civarında sabitləşəcəyi təqdirdə rubl öz mövqeyini möhkəmləndirməkdə davam edəcək. Hətta belə proqnozlar səslənir ki, dolların bu həftə 52 rubl həddinə qayıtması mümkündür.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info