MDB-də ilk olaraq Azərbaycana “Boeing 787 Dreamliner” təyyarəsi gətirilib
Tarix: 23.12.2014 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


“Boeing” şirkəti və “Azərbaycan Hava Yolları” QSC (AzAL) bu gün ilk “787 Dreamliner”in Azərbaycana təhvil verildiyini elan edib.
“Boeing”in rəsmi saytında yer alan məlumata görə, AzAL bununla MDB-də “787”-ni idarə edən ilk aviaşirkət olacaq.
Qeyd edək ki, bu təyyarə Bakıdan uzun məsafəli uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulur. “Boeing 787” texnoloji cəhətdən inkişaf etmiş, sərnişin məmnunluğuna xidmət edən yüksək keyfiyyətli təyyarələr sinfinə daxildir. Təyyarə həmçinin 20% az yanacaq sərfiyyatına malikdir.
“Azərbaycan Hava Yolları” QSC-yə regional və beynəlxalq səviyyədə öz rəqabətliliyini artırmağa imkan verəcək bu təyyarələri aldığımız üçün məmnunluq duyuruq”, - deyə QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.
“Boeing” şirkətinin Orta Şərq, Rusiya və Mərkəzi Asiya üzrə nümayəndəsi Marti Bentrott isə deyib ki, şirkət uçuşların genişləndirilməsinə və biznesinin inkişafına kömək etmək üçün Azərbaycanın məhz “787 Dreamliner” təyyarələrini seçməsindən məmnundur: “Biz Azərbaycan Hava Yolları ilə əməkdaşlığa görə qürur duyur, regionda bu təyyarələrə sahib olan ilk dövlət olduğu üçün Azərbaycanı təbrik edirik. Əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümid bəsləyirik”.
Qeyd edək ki, hazırda AzAL-ın təyyarə parkında "Boeing 757-200", "Boeing 767-300", "Airbus 319", "Airbus A320", "Airbus A340-500", "Embraer ERJ” təyyarləri yer alır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info