Qubada ARGTMŞ-nın növbəti məclisi baş tutub
Tarix: 24.12.2014 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclər Payxtaxtı Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) növbəti Məclisi baş tutub. Tədbirin rəsmi hissəsi zamanı dövlət rəsmiləri və ARGTMŞ-ın sədrinin 2014-cü ilin yekunları barəsində çıxışları, tədbirdə iştirak edən ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev ARGTMŞ-ın fəaliyyəti ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdıraraq, təşkilatın Gənclər Siyasəti sahəsində bir liderlik məktəbinə çevrildiyini qeyd edib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev təşkilatı dünyanın ən böyük gənclər platforması - “Dünya Gənclər Assambleyası”nın idarə heyətinin üzvü seçilməsi münasibəti ilə təbrik edib və təşkilatın uğurlarının Azərbaycan Gənclər Siyasətinin uğurları olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə təşkilatın daima azərbaycançılıq ideologiyasının təbliğinə öz töhfəsini verəcəyini bildirib:“Bu gün, sadəcə iki sözdən ibarət olan Gənclər Siyasəti ifadəsinin arxasında çox böyük güc dayanır. Gənclər Siyasəti çox geniş anlayışdır və gənclər üçündür. Gəncləri inkişaf etdirən ictimai təşkilatlar və dövlət strukturlarıdır. Tədbir və proqramları həyata keçirən biz - gənclər təşkilatları, koordinasiya edən, maliyyələşdirən və dəstəkləyən dövlət qurumlarıdır. Yəni, gənclər üçün həm həyata keçirən, təşkil edən, həm maliyyələşdirən və dəstəkliyən, bir sözlə bütün tərəflər mövcuddur və bu uğurla icra olunur. Sözsüz ki, bu Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi islahatların bir isitiqamətidir və gəncləri Azərbaycançılıq ideologiyası ətrafında birləşdirir. ARGTMŞ-ın əsas dəyərləri dövlətçilik və təmsilçilikdir. ARGTMŞ üzv təşkilatları ilə birgə daima bu dəyərlərə sadiq qalacaq və Azərbaycançılıq ideologiyasının təbliğinə öz töhfəsini verəcək. ”
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisinə gündəliyin təsdiq olunması ilə başlanılıb. Məclis hesabat dövründə görülən işlərlə bağlı ARGTMŞ-nın üzvlərinin məlumatlandırılması, cari məsələlərin müzakirə olunması, növbəti mövsüm üzrə fəaliyyətlərin təsdiqlənməsi və üzvlük üçün müraciət edən təşkilatların namizədliyinə baxılması məqsədi ilə həyata keçirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info