BP ilə ARDNŞ arasındakı yeni saziş imzalanıb
Tarix: 24.12.2014 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalanıb.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, yeni saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişi Azərbaycan Respublikası hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar. R.Abdullayev bildirib ki, bp ilə tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin imzalanması iştirakçı tərəflər - Azərbaycan hökuməti, SOCAR və bp üçün əlamətdar hadisədir. “Bununla da əməkdaşlığımızın yeni mərhələsi başlanır. Bu mərhələ bizə imkan verəcək ki, yeni imkanlar aramaqla Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin etmək üçün birgə işləyək. Bu yeni imkan Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcək”, - deyə SOCAR-ın prezidenti əlavə edib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Birrell deyib ki, bp şirkəti SOCAR ilə birlikdə Xəzərdə geoloji kəşfiyyat işlərinin bu yeni mərhələsinə qədəm qoymaqdan qürur duyur. Bu, tərəfdaşlığımızda yeni bir dövrün başlanğıcıdır. Yeni tərəfdaşlıq BP-nin dünyanın digər yerlərində dayazsulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların istifadəsi sahəsində səriştəsinə əsaslanır. Bizim təcrübə və texnologiyalarımızın tətbiqinə daha bir imkan yaratdığına görə Azərbaycan hökumətinə və SOCAR-a təşəkkürümüzü bildiririk.
Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir. Britaniyanın “Energy Voice” portalında bp ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında imzalanan hasilatın pay bölgüsü sazişindən bəhs edən yazı yer alıb. Yazıda, R.Abdullayev və Q.Birrelin çıxışlarına istinad edilib, sazişin əhatə dairəsi haqqında məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info