“Sanksiyalar Putinin mövqeyini daha da gücləndirir”
Tarix: 24.12.2014 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Hər şeydən əvvəl, etiraf edilməlidir ki, dünyanın əksər dövlətləri Amerika Birləşmiş Ştatlarını qeyri-sabitliyi yayan dövlət kimi qəbul edir. Rusiyaya qarşı yeni sanksiyalar paketi üçün icazə verilməsi və Kiyevə hərbi yardımın artırılması ABŞ-ı tənqid edənlərin haqlı olduğunu bir daha sübut edir”. Bu fikirlər ABŞ-da nəşr edilən “The Nation” jurnalının redaktoru Ceyms Kardenin gəldiyi qənaətdir.

Ceyms Karden: “Dünyanın əksər dövlətləri Amerika Birləşmiş Ştatlarını qeyri-sabitliyi yayan dövlət kimi qəbul edir”

O, iddia edir ki, Vaşinqton tərəfindən Rusiyanı zəiflətmək və ölkə rəhbərliyini hakimiyyətdən kənarlaşdırmağa hesablanmış bütün sanksiyalar əks effekt verərək prezident Putinin hakimiyyətini daha da gücləndirir. Bütün bunlarla yanaşı, Ukrayna ilə bağlı akt qəbul edən Vaşinqton 50 ildən artıqdır iqtisadi blokadada saxladığı Kuba ilə əlaqələri bərpa etmək qərarına gəlib. Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar fonunda rus rublunun devalvasiyası və Rusiya Mərkəzi Bankının ölkə valyutasının faiz dərəcəsini 10,5%-dən 17% -dək qaldırmaq məcburiyyətində olması Vaşinqtonda belə bir təəssürat yaradıb ki, artıq sanksiyalar təsir göstərməyə başlayıb. Lakin tarixi təcrübə sübut edib ki, bir çox hallarda ölkəyə qarşı tətbiq edilən sanksiyalar rejim dəyişikliyinə səbəb olmur, əksinə, bir çox hallarda ölkə əhalisinin xarici düşmənlərə qarşı mübarizədə ölkə rəhbərinə daha çox dəstək verməsi ilə nəticələnir.

“Sanksiyaların tətbiqi nəticəsində "Rusiya baharı"nın başlayacağını təxmin edənlər yanılırlar”

Bunun bariz nümunəsi Kuba dövlətinin simasında təsdiqlənib. Məqalə müəllifinin fikrincə, Vaşinqtonun 50 ilə əvvəl “Azadıq adası”na qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar bu ölkədə heç bir hakimiyyət dəyişikliyinə, ölkənin daxili siyasətində nəzərəçarpacaq təsirə səbəb olmayıb. Kuba əhalisi Kastro qardaşları ətrafında daha sıx birləşib. Kardenin fikrincə, eyni hal təkrar olur. Belə ki, Rusiyaya tətbiq edilən sanksiyalar Vladimir Putinin hakimiyyətini gücləndirməsinə kömək edir: “Sanksiyaların tətbiqi nəticəsində Rusiyada tezliklə "Rusiya baharı"nın başlayacağını təxmin edənlər yanılırlar. Onların bu ölkədə əhəmiyyətli dərəcədə önəm verdikləri siyasi oyunçular da Krım məsələsində Putini müdafiə etdilər”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info