“Gənclər Fondu gənclərin aktivliyini sürətləndirib”
Tarix: 24.12.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Rəşad Cəfərov: “Prezident yanında Gənclər Fondu malik olduğu gücündən də yüksək səviyyədə fəaliyyət göstərir”

Bu gün gənclərlə iş istiqamətində bütün sahələrdə inkişaf müşahidə olunur. Xüsusilə son illər Azərbaycanın dövlət siyasətində gənclər təşkilatlarının rolu sürətlə artır. Əminliklə deyə bilərik ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizin möhkəmlənməsində böyük rolu olub. Bu gün respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin çoxluq təşkil etməsi sevindirici haldır. Etiraf olunmalıdır ki, gənclərin bu formada aktiv hala gəlməsində Prezident yanında Gənclər Fondunun özünəməxsus xidməti var. Elə “İnnovasiyaya Doğru Gənclərə Dəstək” İctimai Birliyinin sədri Rəşad Cəfərov da qəzetimizə müsahibəsində bu fikri təsdiqlədi.

-Gənclər cəmiyyətin inkişafına nə kimi təsir göstərir?
-Hər bir dövlətin gələcəyinin qarantı onun gəncləridir. Bu zəmanəti qazanmaq üçün isə gənclərin potensialından düzgün istifadə və bu istiqamətdə siyasətin doğru qurulması əsas şərtdir. Ölkəmizdə aparılan düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan gənci cəmiyyətin inkişafında fəal sosial şəbəkəyə çevrilib. Bu gün ölkə gəncləri cəmiyyətin inkişafının güzgüsü olan demokratikləşmə prosesində fəal iştirak edir, elm, mədəniyyət, idman sahələrində parlaq nailiyyətlər əldə edir, vətəndaş cəmiyyətinin inkişafının bütün sahələrində öz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışır. Məncə, cəmiyyətin inkişafı dolayı olaraq gənclərin inkişafı ilə sıx bağlıdır. Dünənin hər hansı sahədə peşəkar kadr kimi hazırlanan gənci cəmiyyətin bu gününün inkişafının, bugünkü gənci isə cəmiyyətin sabahkı inkişafının bünövrəsidir. Bir də ki, cəmiyyət o zaman inkişafdan qalır ki, mövcud problemlərə seyrçi münasibət olur. Bu gün isə gənclik müşahidəçilik pilləsindən bu proseslərin həllində birbaşa iştirakçıya çevrilib.
-Prezident yanında Gənclər Fondunun yaradılması gənclərin aktivliyinə nə kimi təsir göstərib?
- Prezident yanında Gənclər Fondunun yaradılması Azərbaycan gəncliyinə Prezident İlham Əliyevin yüksək diqqəti, qayğısı və töhfəsidir. Fond bu gün 3 yaşını qeyd edir. Amma bu qısa müddət ərzində fond malik olduğu gücündən də yüksək səviyyədə fəaliyyət göstərib desək yanılmarıq. Gənclərin aktivliyini inanılmaz dərəcədə sürətləndirib. Bu aktivliyi müxtəlif sahələrə aid etmək olar. Fondun elan etdiyi müsabiqələrdə prioritet saydığı istiqamətlər bir çox vacib sahələri əhatə edir. Düşünürəm ki, bu müddət ərzində həm gənclər, həm gənclər təşkilatları, həm də fond qarşılıqlı olaraq bir-birlərinin etimadlarını qazana bilib. Aktivlik ideyadan əlavə işin və nəticənin olduğu zaman baş verir. Fondun yaradılması gənclərin ideya və təkliflərinin işə çevrilməsi və bu işin də nəticə ilə sonuclanması gənclərin aktiv olmasının mayasıdır.
-Siz QHT olaraq gənclərin inkişafı ilə bağlı hansı layihələr həyata keçirirsiniz?
-“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi yarandığı gündən müxtəlif istiqamətləri əhatə edən bir çox layihələr həyata keçirib. Bunlara misal olaraq “Milli dəyərlərimizlə məktəbdən Avropaya doğru”, “İnternet mediasının etik qaydaları”, “Bakı - Avropa Oyunlarının vətəni”, “Təhsil körpüsü”, ölkəmizdə təhsil alan xarici tələbələrin birinci və ikinci festivalları layihələrini qeyd edə bilərik. Bütün layihələrimiz gənclərin inkişafına istiqamətlənib. Daha çox çalışırıq ki, region gənclərinin fəallığını artırmaq istiqamətində dövlət siyasətinə öz bəhrəmizi verək. Hal-hazırda Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Cəbhəyanı bölgələrdə təhsil alan gənclərin uğur hekayələri” layihəsini başlamışıq. Bundan əlavə, müasir peşələrin gənclər arasında populyarlaşdırılması və bu peşələrə necə yiyələnmələrinə kömək məqsədilə Gənclər və İdman Nazirliyi ilə birgə “Müasir gənclər - müasir peşələr” layihəsini həyata keçiririk. Ümid edirik ki, bir gənclər təşkilatı olaraq həyata keçirdiyimiz layihələr fonunda ölkəmizdə gənclərin inkişafında bizim də töhfəmiz olacaq.
-Bu gün gənclərdə innovativ düşüncə hansı səviyyədədir?
-Gənclər hər zaman innovativ düşüncə və yenilik tərəfdarı olublar. Bu cür baxış gənclərin bir çox istiqamətlərdə nailiyyətlərini şərtləndirir. Azərbaycan gənci innovativ düşüncə sahibi olmasa idi elm, təhsil, mədəniyyət, idman və sair sahələrdə bu gün birinciliklər əldə edə bilməzdi. Bu gün Azərbaycan gənci biznes, ictimai-siyasi karyerada uğurlar qazanır, müxtəlif peşələrdə aparıcı mütəxəssis kimi tanınır, beynəlxalq aləmdə ölkəsini məhz öz innovativ düşüncəsi ilə heyran etməyi bacarır. Müasir Azərbaycan innovativ düşüncəli gənclər dövlətidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info