“Putin Ermənistanı müstəqil dövlət hesab etmir”
Tarix: 24.12.2014 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Romella Mnaçakanyan: “Sərkisiyan Ermənistanın işğal olunmasına görə narahat deyil, məsələ ondadır ki, işğal onun iştirakı ilə de-fakto artıq baş tutub”
“Heç kim Serj Sərkisyandan irəli doğru hərəkət gözləmir. Onun uzaqgörən olmaması və özünüqoruma instinktindən məhrum olmasına artıq heç kim təəccüb etmir. Məhz elə bu iki keyfiyyət bizim dövlət başçısını Qazaxıstan və Belarus dövlət başçılarından fərqləndirən əsas xüsusiyyətdir”.
Bu fikirləri erməni ekspert Romella Mnaçakanyanın “ArmenianReport”da yerləşdirilən məqaləsində yer alıb. Ekspert qeyd edib ki, hər üç dövlət Avrasiya İqtisadi İttifaqına üzv olsa da, siyasi-iqtisadi vəziyyətləri fərqlidir. Onun fikrincə, Avrasiya İttifaqına üzv olan dövlət başçıları arasında qanı çirkli olan yeganə şəxs Sərkisyandır: “Nə Putin, nə Lukaşenko, nə də Nazarbayevin qanlı “1 mart”ı yoxdur. İttifaqa üzv olan dövlət başçıları yaranmış çətin vəziyyətdən çıxmağa çalışırlar. Nazarbayev və Lukaşkeno iqtisadi çətinliyi aşmaq üçün çabalayırlar.

“Putin əmindir ki, Ermənistan Rusiyanın subyektlərindən biridir. Rusiyalı qubernatorlardan birinin dediyi kimi, Krımın Rusiyaya birləşdirilməsinin bütün nəticələrini Ermənistan bölüşməyə məcburdur. Bu mesaj Kreml rəsmilərinin Ermənistanla bağlı bütün bəyanatlarında qırmızı xətlə qeyd edilir. Faciə ondadır ki, Serj Sərkisyan Ermənistana verilən bu rola çoxdan razılıq verib”

Sərkisyan isə buna qadir deyil. O, sadəcə olaraq, Qərbin mümkün təzyiqləri və Putinin əsas ideoloqu olan Duqinin səsləndirdiyi təhdidlərdən qorxdu. Bunun bir göstəricisi də odur ki, Sərkisyan Putinin son mətbuat konfransında səsləndirdiyi fikirlərə reaksiya verməkdən qorxdu. Xatırladaq ki, Putin mətbuat konfransında bildirdi ki, Rusiyanın ölkə sərhədlərindən kənarda cəmi iki hərbi bazası var- biri Qırğızıstanda, digəri Tacikistanda. Putin şəxsən ziyarət etdiyi Ermənistandakı Gümrü hərbi bazasının adını çəkmədi. Rusiyanın Siyasi araşdırmalar mərkəzinin rəhbəri Sergey Markov bunu belə əsaslandırıb ki, guya bu məsələ Putinin yadından çıxıb. Əslində bunun belə olmadığı hamıya bəllidir. Bu, bir daha onu göstərir ki, Putin Ermənistanı müstəqil dövlət hesab etmir. O, əmindir ki, Ermənistan Rusiyanın subyektlərindən biridir. Rusiyalı qubernatorlardan birinin dediyi kimi Krımın Rusiyaya birləşdirilməsinin bütün nəticələrini bölüşməyə məcburdur. Bu mesaj Kreml rəsmilərinin Ermənistanla bağlı bütün bəyanatlarında qırmızı xətlə qeyd edilir. Faciə ondadır ki, Serj Sərkisyan Ermənistana verilən bu rola çoxdan razılıq verib. Sərkisyanı Nazarbayev və Lukaşenkodan bu xüsusiyyət fərqləndirir. Lukaşkeno və Nazarbayev ölkələrinin müəyyən hissəsinin itirilməsindən ehtiyat edirlər. Sərksiyan isə Ermənistanın işğal olunmasına görə narahat deyil, məsələ ondadır ki, işğal onun iştirakı ilə de-fakto artıq baş tutub”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info