ADDIM Prezidentin ad gününü belə təbrik edib
Tarix: 24.12.2014 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


"Addım Gənclər Təşkilatı" kütləvi informasiya vasitələri və sosial mediada Prezident İlham Əliyevin doğum günü ilə bağlı videotəbrik təqdim edib. Qısa müddətdə internet istifadəçiləri arasında böyük marağa səbəb olan videoçarxda ADDIM üzvləri Prezidenti təbrik edərək bu il ərzində qazanılmış beynəlxalq nailiyyətlərini bölüşüblər. Videoçarxın ən çox diqqət çəkən və yadda qalan məqamı isə Rus Dram Teatrının aktrisası, Əməkdar artist Naina İbrahimovanın əfsanəvi Hollivud ulduzu Merilin Monronun obrazında gənclərlə birgə "Happy Birthday Mr. President" ifa etməsi olub. Qeyd edək Merilin Monro tarixdə ilk dəfə bu musiqini 1962-ci ildə Con Kennedinin ad günündə akapella olaraq ifa edib.
Layihə barədə açıqlama verən ADDIM Gənclər Təşkilatının sədri və layihənin müəllifi Hüseyn Cavadzadə bunları söyləyib: "Cənab Prezidentin səmərəli fəaliyyəti sayəsində gənclərimiz üçün sərhədsiz imkanlar yaradılıb. Bu təbrik videosuna çox səmimi yanaşaraq onunla nailiyyətlərimizi bölüşüb təşəkkürümüzü bildirmək istədik. ADDIM ailəsi olaraq Prezidentimizi təbrik edir və uğurlu addımlar arzulayırıq"
Qeyd edək ki, videoçarxın koordinatoru Aynur Salmanova, rejissoru Emin Muradov, səs rejissoru Ruslan Səmədov, qrim ustası Nura Əliyevadır.
Videoçarxa baxmaq istəyənlər aşağıdakı linkdən istifadə edə bilərlər.
https://www.youtube.com/watch?v=UXq3uR3cxm8


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info