“MSK-ya səsvermənin nəticələrinə ciddi kölgə salacaq müraciət daxil olmayıb”
Tarix: 24.12.2014 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
M. Pənahov deyib ki, müşahidəçilər həm səsvermə prosesini, həm də səslərin sayılması prosesini izləyiblər.
MSK sədri bələdiyyə seçkisinin baş tutduğunu bildirib. Onun sözlərinə görə, MSK-ya səsvermənin nəticələrinə ciddi kölgə salacaq müraciət daxil olmayıb. ELS Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi exit-pollun seçki fəallığı ilə bağlı açıqladığı göstərici (38,3 faiz) MSK-nın seçki fəallığı ilə bağlı açıqladığı göstəricidən ciddi fərqlənməyib.
İndiyə qədər 105 seçki dairəsindən 3509 protokol daxil olub. Hesabat vermiş 3509 seçki məntəqəsindən, yəni məntəqələrin 70 faizində daxil olan 1 304 937 bülleten sayılıb. Formalaşmış 1024 bələdiyyə üzrə 11 min 926 lider namizədlər müəyyənləşib. M. Pənahov dekabrın 24-də günortaya qədər bütün bələdiyyələr üzrə lider namizədlərin məlum olacağını açıqlayıb.
M. Pənahov qeyd edib ki, 20 gün müddətində şikayətlər olmasa, MSK seçki prosesinə yekun vuracaq.
Qeyd edək ki, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçilib. Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Seçkilərdə 8 siyasi partiya – Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak ediblər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info