Fransalı deputat: “Azərbaycan bir çox uğurlarına görə Mehriban Əliyevaya borcludur”
Tarix: 24.12.2014 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada öz nüfuzunu gücləndirib və imicini yaxşılaşdırıb”. Bunu “Trend”ə Fransa parlamentinin deputatı Natali Qule bildirib.
Xanım N.Qule bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasına, Rusiya və İranla mürəkkəb qonşuluğa baxmayaraq, Azərbaycan uğurlu xarici siyasət yürüdür.
O, qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan bu gün Avropanın və NATO-nun etibarlı tərəfdaşıdır.
Azərbaycanın demokratik dəyərlərə sadiqliyindən danışan N.Qule bildirib ki, bəşəriyyət üçün bu mürəkkəb zamanda Azərbaycan ənənələrə və dini tolerantlığa hörməti qoruyub saxlamağa nail olub: "Bundan başqa, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatın inkişafında əhəmiyyətli tərəqqiyə nail olub”.
O, müharibə şəraitində olan Azərbaycanın bütün bu uğurları əldə etdiyinə heyran qaldığını deyib.
Fransız deputat Azərbaycanın uğurlarında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolunu qeyd edib: “Azərbaycan bir çox uğurlarına görə ölkənin birinci xanımı Mehriban Əliyevaya borcludur”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info