Leyla Əliyeva və rusiyalı qonaqlar Gəncədə olublar
Tarix: 24.12.2014 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlar Gəncədə olublar.
Leyla Əliyeva və rusiyalı qonaqlar əvvəlcə Heydər Əliyev park-kompleksinə gəliblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyev park-kompleksi haqqında məlumat verərək deyib ki, 350 hektar ərazisi olan park şəhər sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından biridir. Burada Heydər Əliyev Mərkəzi, müstəqil Azərbaycanın uğurlarının rəmzi olan Zəfər tağı, amfiteatr, Gənclər Sarayı, Müasir İncəsənət Muzeyi və əyləncə mərkəzləri yaradılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar hündürlüyü 41 metr olan Zəfər tağına çıxaraq park- kompleksi seyr etdikdən sonra fəvvarələr xiyabanından keçərək Heydər Əliyev Mərkəzinə gəliblər. Yol boyu parkda şəhər sakinləri ilə söhbət edən Leyla Əliyeva onlarla xatirə şəkilləri çəkdirib. Xiyabanda quraşdırılmış yolka ətrafında Şaxta baba ilə Qar qız Leyla Əliyevanı və rusiyalı qonaqları salamlayaraq onlara ən xoş arzularını çatdırıblar.
Park-kompleksdəki 3 min tamaşaçı yeri olan amfiteatrla tanış olan Leyla Əliyeva və qonaqlar məmnun qaldıqlarını bildiriblər. Məlumat verilib ki, amfiteatrda tez-tez kütləvi tədbirlər, konsertlər təşkil edilir. Burada bir çox xarici incəsənət ustalarının çıxışları da olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Bakıda keçirilən “Qız Qalası” Beynəlxalq Festivalında nümayiş etdirilən Qız qalasının maketlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar vaxtilə ulu öndər Heydər Əliyevin əkdiyi çinar ağacını seyr ediblər. Leyla Əliyeva yeni çinar ağacının əkilməsində iştirak edərək onu rəmzi olaraq “Lermontov ağacı” adlandırıb. Ağacın əkilməsində rusiyalı qonaqlar da iştirak ediblər.
Leyla Əliyeva və qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, sahəsi 7 min kvadratmetrdən çox olan mərkəz dördmərtəbəlidir. Burada 300 nəfərlik konfrans zalı, kompüter, xarici dil kursları, rəqs və xalçaçılıq dərnəkləri, 10D formatlı sinema fəaliyyət göstərir.
Mərkəzlə tanışlıq çərçivəsində Leyla Əliyeva burada IDEA İctimai Birliyinin Gəncə Şəhəri Resurs Mərkəzinin açılışında iştirak edib.
Rəmzi açılışı bildirən lenti kəsən Leyla Əliyeva kollektivə xoş arzularını çatdırıb.
IDEA-nın fəal üzvləri Azərbaycanda yaşıllaşdırma marafonunun təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlıq ediblər. Bildirilib ki, onun həyata keçirdiyi layihələr ölkəmizin inkişafına xidmət edir. Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi dövlətimizin başçısının ölkəmizdə gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onun ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən IDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim etdikdən sonra mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış olub. Leyla Əliyeva burada toxunuşu başa çatan xalçanın kəsilməsi prosesində iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti xalçanı “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə edib.
Mərkəzdə fəaliyyət göstərən musiqi dərnəyində rəqs qrupunun məşqlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev park-kompleksinə gəliblər. Onlar burada IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma marafonunda iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Diqqətə çatdırılıb ki, bu ərazidə 50 min ağacın əkilməsi nəzərdə tutulub. Yaşıllaşdırma marafonu çərçivəsində dekabrın 23-də isə 10 min ağacın əkiləcəyi bildirilir.
Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan çinarı əkiblər.
Gəncəlilərin sevimli istirahət yeri olan Xan bağına gələn Leyla Əliyeva və rusiyalı qonaqlar burada sakinlərlə söhbət ediblər.
Leyla Əliyevanı və qonaqları gəncəlilər adından salamlayan şair Rübail şeir söyləyib. Akademik Fuad Əliyev isə ölkədə, eləcə də Gəncədə keçirilən yaşıllaşdırma marafonunun bəhrələrindən danışaraq bu işin təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Məlumat verilib ki, məqbərə vaxtilə ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən əsaslı şəkildə təmir edilib. 2011-ci ildə isə şairin 870 illik yubileyinə hazırlıq ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə məqbərənin ərazisi daha da genişləndirilərək yenidən qurulub.
Məqbərəni ziyarət edən Leyla Əliyevaya və rusiyalı qonaqlara mütəfəkkir şair haqqında, onun yubiley tədbirlərində iştirak edən görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info